​Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Türkiyə banklarının filiallarına basqın edib

​Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Türkiyə banklarının filiallarına basqın edib
12:12 18 Dekabr 2015
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Türkiyənin Rusiyada fəaliyyət göstərən 4 bankının filalına basqın edib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Türkiyənin "Ziraat Bankası"nın bir şöbəsi, "Garanti Bankası"nın "Garanti Bank Moskva", Rusiyanın "Sofiya Bankı"nı alan "İş Bankası"nın "İşBank"ı, "Fiba Holding"in "Gredit Europe", "Yapı kredit"in eyni adlı Moskva şöbəsi, habelə "Rusiya Sberbank"ın əsas iştirakçısı olan "Deniz bankası" da Rusiyada fəaliyyət göstərir.
İnformasiyaya əsasən, Rusiya Federal Təhlükəsizlik Xidmətinin hədəfində yalnız türk bankları olmayıb. Türkiyənin maliyyə qurumları ilə yanaşı Rusiyanın 20 bankına da basıq edilib. 
Rusiya Federal Təhlükəsizlikm Xidmətindən bildirilib ki, həyat keçirilən əməliyyatın əsas məqsədi Türkiyə vətəndaşı olan bir iş adamının çirkli pulların yuyulması ilə bağlı fəaliyyətini ortaya çıxarmaqdır.
Ancaq Rusiyada bank sektorunda çalışan Türkiyə vətəndaşı deyib ki, əsas məqsəd türk banklarına və iş adamlarına təzyiq etməkdir:""Çirkli pul" bəhanəsi ilə bankları naratah edirlər".

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiya-federal-tehlukesizlik-xidmetinin-emekdaslari-turkiye-banklarinin-filiallarina-basqin-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR