Ağ ev: ABŞ Türkiyənin öz hava məkanını müdafiə etmək hüququnu dəstəkləyir

Ağ ev: ABŞ Türkiyənin öz hava məkanını müdafiə etmək hüququnu dəstəkləyir
12:42 18 Dekabr 2015
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ ABŞ Türkiyənin öz hava məkanını müdafiə etmək hüququnu dəstəkləyir. 
"Report" xəbər verir ki, bu barədə Ağ evin rəsmi nümayəndəsi Coş Ernest bildirib. 
"Biz bilirik ki, türk pilotlar "Su-24" təyyarəsinin pilotlarına Türkiyənin hava məkanına daxil olduqları ilə bağlı xəbərdarlıq edib lakin ruslar bu xəbərdarlığa məhəl qoymayıb", - Ağ evin nümayəndəsi qeyd edib. 
O, Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransında səsləndirdiyi Ankaranın Vaşinqtonu razı salmaq üçün Rusiyanın "Su-24" təyyarəsini vurması ilə bağlı fərziyyələrini nonsens adlandırıb.
C.Ernest, həmçinin vurğulayıb ki, ABŞ Rusiya və Türkiyə arasında münaqişə yaratmaq istəmir və Ankaranı vəziyyəti sabitləşdirməyə çağırıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/ag-ev-abs-turkiyenin-oz-hava-mekanini-mudafie-etmek-huququnu-destekleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR