Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaşlar S.Hacıyevanın və Q.İbadovun məhkəmə aktlarından verdikləri şikayətlərə baxılaraq icraata qəbul olunması haqqında qərardadlar çıxarılıb.
Şikayətlərə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun yanvarın 12-nə təyin edilmiş iclasında baxılacaq.