​Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisinin apellyasiya şikayətinə baxılıb

15:27 18 Dekabr 2015
14 Sosial
Ölkə mətbuatı
A- A+

"Report"un məlumatına görə, R.Məmmədovun iddiası təmin edilməyib, Səbail Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
Xatırladaq ki, dekabrın 9-da, Səbail Rayon Məhkəməsində R.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb. Həmin qərardan narazı qalan R.Məmmədov apellyasiya şikayəti verib.
Qeyd edək ki, R.Məmmədov bu il may ayının 12-də həbs edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti sonradan uzadılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. R.Məmmədov hazırda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Müvəqqəti saxlama yeri və İstintaq təcridxanasında saxlanılır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR