Almaniyada İŞİD ilə əlaqəsi olmaqda şübhəli sayılan şəxs saxlanılıb

Almaniyada İŞİD ilə əlaqəsi olmaqda şübhəli sayılan şəxs saxlanılıb
16:53 18 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Berlin, 18 dekabr, AZƏRTAC
“Alman dalğası” xəbər verir ki, Almaniyanın Unna şəhərində (Dortmund yaxınlığında) qaçqınların qəbulu üzrə mərkəzlərin birində “İslam dövləti” terrorçu qruplaşması ilə əlaqə saxlamaqda şübhə doğuran bir kişi saxlanılıb. Dortmund prokurorluğunun nümayəndəsi bu faktı cümə axşamı, dekabrın 17-də təsdiqləyib. Saxlanılmış şəxsin 31 yaşı var. O, suriyalıdır. Prokurorluqda vurğulayıblar ki, təhqiqat hələ başlanğıc mərhələsindədir.
“Bild” nəşrinin verdiyi məlumata görə, İŞİD ilə mübarizə aparan suriyalı fəallar bu kişinin fotoşəkillərini internetdə yerləşdirəndən sonra həmin fotoşəkillər Almaniya hüquq mühafizə orqanlarının diqqətini cəlb edib. Bu da bildirilir ki, saxlanılmış şəxs Unnaya təxminən bir həftə bundan əvvəl öz bacısı və onun əri ilə birlikdə gəlib. Terrorçu olması ehtimal edilən bu şəxs Suriyanın şimal-şərqindəki Dayr-əz-Zaur şəhərindəndir. Onun Suriyada İŞİD silahlılarının pulla təchiz edilməsinə cavabdeh olması güman edilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Almaniyada_ISID_ile_elaqesi_olmaqda_subheli_sayilan_sexs_saxlanilib-912439

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR