Şəmkir Sərhəd Dəstəsinin “Keşikçi dağ” zastava kompleksi istifadəyə verilib

Şəmkir Sərhəd Dəstəsinin “Keşikçi dağ” zastava kompleksi istifadəyə verilib
18:23 18 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan Sərhəd Mühafizəsinin təkmilləşdirilməsinə göstərilən dövlət qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində xidmət və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAc-a bildiriblər ki, dekabrın 18-də Şəmkir Sərhəd Dəstəsinin “Keşikçi dağ” sərhəd zastavası kompleksinin istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini, general-leytenant Rəşad Sadiqov iştirak edib.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin sərhədçilərlə çoxsaylı görüşlərindən birinin məhz bu sərhəd zastavasının ərazisində keçirilməsi, dövlətimizin başçısının 2005-ci il oktyabrın 12-də şimal-qərb sərhədlərimizin mühafizəsinin təşkili ilə tanış olarkən sərhəd zastavasının yerləşdiyi ərazidəki Keşikçi dağının ən uca zirvəsinə qalxması diqqətə çatdırılıb. Həmçinin Ali Baş Komandanın qalxdığı yüksəklikdə sərhədçilər tərəfindən sonsuz ehtiramın və sədaqətin ifadəsi olaraq abidə ucaldılması və həmin zirvənin “İlham Əliyev zirvəsi” adlandırılması böyük qürur hissi ilə vurğulanıb. “Keşikçi dağ” sərhəd zastavasının Şəmkir Sərhəd Dəstəsinin mürəkkəb relyefə malik ərazilərində xidmətin keyfiyyətinin yüksəldilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son iki ay ərzində istifadəyə verilən dördüncü yeni sərhəd zastavası kompleksi olması qeyd edilib.
Kompleksin rəmzi açılışını bildirən lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd zastavasında yaradılmış şəraitlə yaxından tanış olublar.
Müasir tələblərə cavab verən sərhəd zastavasında xidmətin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Burada şəxsi heyət üçün lаzımi məişət şərаiti оlаn yataqxana, yeməkxana, хüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, sıra meydanı, idman meydançası, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemi, hamam-camaşırxana və digər tikililər sərhədçilərin istifаdəsinə verilib. Sərhəd zastavasında zabit və gizirlər üçün tikilmiş yeni mənzillər zəruri mebel və avadanlıqla tam təmin edilib.







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Semkir_Serhed_Destesinin_Kesikchi_dag_zastava_kompleksi_istifadeye_verilib-912488

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR