Cazibədar aktrisamız: "10 erotik filmə yox demişəm" - FOTOSESSİYA

Cazibədar aktrisamız: "10 erotik filmə yox demişəm" - FOTOSESSİYA
21:27 18 Dekabr 2015
807 Digər
Ölkə mətbuatı
A- A+

Aktrisa Gülşən Hüseynlinin Milli.Az-a müsahibəsi.

- Gülşən, sizi tamaşaçılar ilk dəfə "Yenə o bağ olaydı" film-klipində görüblər. O illərdən bu günə başqa hansı serial, yaxud filmlərdə çəkilmisiz?

- Bəli, ilk dəfə 12 yaşım olanda rejissor Elxan Cəfərovun Mikayıl Müşfiqin "Yenə o bağ olaydı" adlı film-klipində şairimizin ömür-gün yoldaşı Dilbər xanım obrazını canlandırmışam. Tərəf müqabilim isə istedadlı aktyor Toğrul Rza idi. Çox xoşbəxtəm ki, sənətə bu obrazla gəlmişəm. Elxan Cəfərovla işləmək bir çox aktrisaların xəyalıdır. Çünki Elxan müəllim hər simanı filmə çəkmir. Klipdəki roldan sonra mən çox məşhur oldum. Halbuki, bu qısametrajlı film idi. Bir müddət film sahəsindən uzaq düşdüm. Sonra bir-birinin ardınca "Bir ailəm var", "100 kağız", "Güc sahibi" kimi ekran işlərində əsas rollarda oynamışam. Qeyd edim ki, "Güc sahibi" filmi hazırda Türkiyədə qrafikadadır. Filmin təqdimatının da Azərbaycan ilə yanaşı Türkiyədə olacaqı da gözlənilir.

- Adətən gənc aktrisalara qınaq çox olur. Kimlərin qınağına, qəzəbinə tuş gəlmisiz?

- Əgər bu qınaq tənqididirsə, o zaman qəbul olunandır. Yox, əgər bu tənqiddə başqa məqsədlər varsa, bunu hamı kimi mən də qəbul etmərəm. Mən heç vaxt qınaq obyekti olmamışam, əksinə mənə həmişə yaşca böyük sənətkarlar xoş münasibət göstəriblər.

- Niyə bugünkü gündə silikon dodaqlı, botoks üzlü xanımları filmlərdə əsas obrazlarda çəkirlər?

- Demək istəyirsiniz ki, mənim dodaqlarım silikondur?

- Bənzəyir...

- Dodaqlarımın silikon olduğunu yalnız silikondan başı çıxmayan insanlar fikirləşə bilər. Məni Allah belə gözəl yaradıb. Botoks, silikon kimi əlavə vasitələrə ehtiyacım yoxdur.

- Demək istəyirsiz ki, əməliyyatdan uzaq birisiz?

- Plastik əməliyyata pis baxmıram, ehtiyac varsa, olunmalıdır. Əgər insan özündə kompleks hiss edirsə və əməliyyatla kompleksi aradan qalxacaqsa, niyə də olmasın?

- Kompleksdən söz düşmüşkən. Bəzən rolun təsirinə düşə bilməyəndə aktrisa kompleks yaşayır. Sizdə bu cür hallar olubmu?

- Oynadığım bütün rollarımın öhdəsindən layiqincə gəlmişəm. Hələ ki, belə bir problemlə qarşılaşmamışam. Elə rollar da olur ki, xasiyyətimə yad olur. Məsələn, mafiya rolu kimi.

- Hansı filmdən söhbət gedir?

- Hal-hazırda çəkilişləri gedən "The game" filmindən söhbət gedir. Bütün hadisələr almazın ətrafında baş verir. Hansı ki, bu almazın dalınca Türkiyədən, Rusiyadan və Azərbaycandan mafiyalar gəlib. Mən Azərbaycan mafiyasının böyüyüyəm və filmdə tək qız mafiyayam. Mənim filmdəki xarakterim gözəl, sərt, ağıllı və döyüşməyi bacaran bir qadın obrazıdır. Bu filmdəki döyüş səhnələrimdən heç birində kaskadyordan istifadə edilməyib. Bütün tryukları özüm etmişəm. Film başlamazdan öncə xüsusi döyüş dərsləri almışam. Əlbəttə ki, bu döyüşləri qurmaq çox çətin idi. Amma mən işimi sevərək gördüm və nəticəsi yaxşı oldu. Bu günə qədər Azərbaycanda döyüş aktrisası olmamışdı. Mən ilk döyüş aktrisasıyam. Xarici action filmlərində aktrisalar həmişə döyüş səhnələrində iştirak ediblər və bu bizim tamaşaçılar tərəfindən çox gözəl qarşılanıb. "Bizdə niyə olmasın ki" deyib mən də Azərbaycanda ilk döyüş aktrisası oldum.

- Həyatda döyüşçü olsaydınız, kimə zərbə endirərdiniz?

- Məncə, kimisə döymək üçün döyüşçü olmaq lazım deyil. Davanı xoşlamıram, sözlə hər şeyi həll etmək olar.

- Rejissor özü sizdə bu döyüşkən xarakteri aşkarladı, yoxsa bu, öz bacarığınızdan irəli gəldi?

- Mən aktrisayam, mənim üçün obrazdan obraza girməyə heç bir çətinlik yoxdur. Bu gün döyüşkən bir obrazda oynaya bilərəm, sabah isə sakit bir xanım obrazını canlandıra bilərəm. Rejissor məni bu rola dəvət edərkən xarici görünüşümün bu obraz üçün çox uyğun olduğunu dedi.

- Sizdən əvvəl döyüş aktrisası olmayıb ki?

- Xeyr, indiyə kimi Azərbaycanda döyüş aktrisası olmayıb, mən ilk olacağam.

- Çəkinmirsiniz ki, biri irəli çıxar və deyər ki, mən ilk döyüş aktrisası olmuşam?

- Əgər kimsə olsaydı, göz qabağında olardı. Ortalıqda bir şey yoxdursa, demək, ya film uğurlu alınmayıb, ya da aktrisa oyunu. Demək ki, həmin aktrisa bu rolun öhdəsindən gələ bilməyib.

- Çox iddialısınız. Döyüş səhnələrində çətinlik çəkdinizmi?

- Əlbəttə ki, çətinliklər oldu, çünki zədə aldığım səhnələr də var idi. Onurğa sütunum çox əzilmişdi, çənəmə yumruq dəymişdi.

- Kim vurmuşdu yumruğu?

- Yumruğu çəkiliş zamanı tərəf müqabilim Rahib vurmuşdu. Döyüş filmlərində bu cür halların olması çox normaldır. Döyüşdə hər şey ola bilər. Qeyd edim ki, məni bu rola döyüş müəllimim Kapuera Federasiyasının prezidenti Elmar müəllim hazırlaşdırıb.

- Ümumiyyətlə, Gülşən həyatda necə insandır?

- Səmimi, mehriban, gülərüz insanam. Məqsədliyəm, məqsədimə çatmaq üçün hər bir çətinlikdən keçərəm. Çox vaxt tək gəzməyi xoşlayıram, çünki o zaman beynimdə işimlə bağlı yeni fikirlər meydana gəlir, yeni proyektlər barədə düşünürəm. Filmdəki obrazım Nigar da məqsədlidir və heç nədən qorxmur.

- Gözəlliyiniz üçün çox pul xərcləyirsiz?

- Gözəlliyim üçün heç bir xərc çəkməmişəm. İnsanın daxili gözəl olanda onun üzündə əks olunur. Mən heç vaxt pəhriz saxlamıram. Amma bir çox xanımlar formada qalmaq üçün bir ətək pul tökür. Mənim bu cür problemim yoxdur.

- Bayaq tək gəzdiyinizi vurğuladınız. Ağ atlı şəhzadəniz gözlərinizi yolda qoyub?

- Qismətimdəki insan qarşıma çıxana kimi tək gəzəcəyəm.

- Hansısa tərəf müqabilinizə vurulmusunuz?

- Mənim indiyə kimi çəkildiyim tərəf müqabillərim hamısı evli olub. Başıma belə bir hadisə gəlməyib.

- Gözəl xanımsız. Ola bilməz ki, sevənləriniz olmasın...

- Hər bir gözəl xanımı sevənlər olduğu kimi məni də sevənlər var. Amma mənim sevdiyim şəxs yoxdur.

- Erotik rollara münasibətiniz necədir?

- Erotik rollara təklif alsam da, heç vaxt çəkilməyə razı olmamışam. Buna görə də azı 10 erotik filmə yox demişəm. Başqa ölkədə yaşasaydım, bəlkə də çəkilərdim. Amma bizim mentalitetimiz bu cür səhnələri qəbul etmir.

- Pərvin Abıyeva da sizinlə birlikdə "The game" filmində çəkilir. Ola bilər ki, bu rolunuzdan sonra Pərvini kölgədə qoyacaqsız?

- Hər kəs bu filmdə özünəməxsus obrazı yaradır. Mən bu filmdə əsas rollardan birindəyəm, Pərvin isə epizodda çəkilir. Rəqabəti epizodda çəkilən Pərvinlə yox, əsas rollarda oynayanlardan biri ilə edərəm. Onu da qeyd edim ki, bu filmlə yanaşı Fərid Həsənzadənin rəhbərliyi ilə "İblisin oyunu" filmində də baş rolda çəkilirəm. Orda kübar müəllimə xanım obrazındayam. Çox xoşbəxtəm ki, hər zaman filmdə tərəf müqabillərim çox tanınmış insanlar olur. Bu filmdə də tərəf müqabilim Şirzad Pirallahi, Pərviz Məmmədrzayev, Elşən Rüstəmov və s. məşhurlardır. Qeyd edim ki, "İblisin oyunu" Azərbaycanda ilk mistik, qorxulu və dedektiv dram janrında çəkilən filmdir. Film Azərbaycan tamaşaçısına illər boyu dünya kinosunda gördüyü hər şeyi bir dəfəyə verəcək. Həmçinin filmdə bir çox erotik səhnələr və ölüm hadisələri vardır.

Əli Rəhimoğlu
Milli.Az






























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

200 və 43 saylı məktəb-liseydə nə baş verir?

22 Sentyabr 2017 15:43

Bakıda voleybolçu qadınlar arasında Avropa çempionatı start götürüb

22 Sentyabr 2017 15:42

QHT Şurası Mingəçevirdə regional konfrans keçirib

22 Sentyabr 2017 15:39

İradə İbrahimova gözəlliyi və pozaları ilə modellərə MEYDAN OXUDU - FOTO

22 Sentyabr 2017 15:38

"Kaşaqan" yatağında proqnozlaşdırılan hasilat ləngiyir

22 Sentyabr 2017 15:37

“Apple” şirkəti “iPhone 8” və “8 Plus” smartfonlarının satışına başlayıb

22 Sentyabr 2017 15:35

Dünyanın ƏN QƏRİBƏ toy geyimləri

22 Sentyabr 2017 15:33

İçərişəhərdə “Qız qalası” VII beynəlxalq incəsənət festivalı keçiriləcək

22 Sentyabr 2017 15:32

Hindistan hərbçiləri Kəşmiri top atəşinə tutub: 6 nəfər ölüb, 26 nəfər yaralanıb

22 Sentyabr 2017 15:32

Zəlzələdən sonra yaşananlar hər kəsi şoka saldı

22 Sentyabr 2017 15:29

“AAAF Park”la bağlı RƏSMİ AÇIQLAMA

22 Sentyabr 2017 15:28

“Bank VTB (Azerbaijan)” əmək haqqı kartlarının sahiblərinə kredit təklif edir

22 Sentyabr 2017 15:27

Nizami Baloğlanov: "Azərbaycanlıların Rusiya dövlət strukturlarına müraciətləri cavabsız qalıb"

22 Sentyabr 2017 15:22

Müsavat Partiyası Milli Şuranın mitinqinə qatılmayacaq

22 Sentyabr 2017 15:22

SORĞU: Deyirlər ki, sabah dünya dağılacaq

22 Sentyabr 2017 15:20

Erməni deputatların Bakıya gəlməsinə etiraz olaraq aksiya keçirildi - FOTO

22 Sentyabr 2017 15:19

“AAAF Park”ın əmlakı siyahıya alınıb, rəhbəri isə Kosovodadır

22 Sentyabr 2017 15:17

Rusiyanın hərbi gəmiləri Bakı limanını tərk edib

22 Sentyabr 2017 15:17

® “Bank of Baku” Şənbə və Bazar günləri də müştərilərin xidmətindədir!

22 Sentyabr 2017 15:14

"Apple"dən daha bir yenilik

22 Sentyabr 2017 15:13

Azərbaycan üçün vacib 3 gün...

22 Sentyabr 2017 15:13

“Avropa Avtobus Turu”nun nümayəndələri UNEC-in Zaqatala filialında

22 Sentyabr 2017 15:09

“Total” SOCAR-ın mütəxəssisləri üçün seminarlar təşkil edib

22 Sentyabr 2017 15:07

Azərbaycandakı 81 neft-qaz yatağından 33-ü qeyri-işləkdir

22 Sentyabr 2017 15:04

“Mahmud Qaşqarlı” mükafatı təqdim edildi - FOTOLAR

22 Sentyabr 2017 15:03

Mübariz Qurbanlı: “Azərbaycanın orta məktəblərində dini fənnin tədrisi təklif olunur"

22 Sentyabr 2017 15:02

Yaşlı qadının protezini oğulayan şəxslər: "Peşmanıq"

22 Sentyabr 2017 14:59

Dahi şairimizin ev muzeyi söküldü

22 Sentyabr 2017 14:59

“Günəşli” yatağında daha bir quyu istismara qaytarılıb

22 Sentyabr 2017 14:57

Rəhbərinin həbs xəbəri yayılan "AAAF Park"da nə baş verir? - Şirkət rəsmisi Lent.az-a danışdı

22 Sentyabr 2017 14:54

Minsk qiyamı yatırmağa hazırlaşır: Lukaşenkonun MAYDAN QORXUSU

22 Sentyabr 2017 14:53

Azad Rəhimov “Minsk 2019” II Avropa Oyunlarının Koordinasiya Komissiyasının iclasında iştirak edib

22 Sentyabr 2017 14:52

Əsas investorlar karbohidrogen aktivlərindən imtina edir

22 Sentyabr 2017 14:52

DİQQƏT: Məktəb direktorları üçün yeni layihəyə

22 Sentyabr 2017 14:52

Pərpətöyün turşusunun hazırlanması

22 Sentyabr 2017 14:49

İldə bir qadınla sevgili olan 60 yaşlı aparıcı haqqında BİLMƏDİKLƏRİNİZ - FOTO

22 Sentyabr 2017 14:48

Mixeil Saakaşvili Lvov məhkəməsinə gəlməyib

22 Sentyabr 2017 14:47

Abşeronda qadının protez dişlərinini oğurlamaqda təqsirləndirilən şəxslərin məhkəməsində zərərçəkmiş dindirilib

22 Sentyabr 2017 14:47

UCİ-a yeni prezident seçilib

22 Sentyabr 2017 14:47

Nadir Qafarzadə ölkədən getmək istəyir

22 Sentyabr 2017 14:45

Yüzillik müqavilə işə salınır: Ankaradan MÜHARİBƏ XƏBƏRDARLIĞI

22 Sentyabr 2017 14:43

Virtual reallıq dəstəkli ilk brauzer nümayiş olunub

22 Sentyabr 2017 14:35

Abşeronda 13 yaşlı bu oğlan yoxa çıxdı - FOTO

22 Sentyabr 2017 14:34

Ermənistan Müdafiə Nazirliyinin zabiti qəza törədib, məktəbli ölüb

22 Sentyabr 2017 14:32

“AAAF Park”ın rəhbəri həbs edildi

22 Sentyabr 2017 14:31

“Premium Travel” rəhbəri Aydın Əhmədov: "Novruz bayramına otellərdəki nömrələrin 90%-dən çoxu tutulub"

22 Sentyabr 2017 14:27

Azərbaycan torpaqları geri qaytarılır...

22 Sentyabr 2017 14:24

Gecə yolda uşaq gördü, maşını saxladı - BAŞINA GƏLMƏYƏN QALMADI

22 Sentyabr 2017 14:23

İsveçrə səfiri Bakıda qadın sığınacağı və gənclər mərkəzində olub

22 Sentyabr 2017 14:22

Qəbul imtahanlarının cavablarının yoxlanılmasında DƏYİŞİKLİK olacaq

22 Sentyabr 2017 14:18