"Tarqovı"nın fotosu dünyanın məşhur jurnalında (FOTO)

"Tarqovı"nın fotosu dünyanın məşhur jurnalında (FOTO)
23:31 18 Dekabr 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

Məşhur elmi-kütləvi jurnal "National Geographic" cümə günü buraxılışında Azərbaycanın paytaxtı Bakıdan bir foto yayımlayıb.

ANS PRESS-in məlumatına görə, jurnalda “Günün fotosu” adı altında verilən şəkil şəhərin Nizami küçəsində çəkilib. Fotonun müəllifi Etibar Cəfərovdur.

Fotoda əlində ağ-qara rəngli çətir tutan adam Bakının “Tarqovı” adlanan meydanından keçir. Şəkildə yerə döşənnən tametin rəngi ilə çətir xüsusi ahəng yaradır.


"National Geographic"də yayımlanan foto

"National Geographic" jurnalı 1888-ci ildə yayımlanmağa başlayıb. ABŞ-da yayımlanmağa başlayan jurnal "National Geographic Society"in rəsmi yayım orqanıdır. Jurnal uzun illərədir ildə 12 dəfə buraxılır. Dünyanın hər yerindən maraqlı fotolar bu jurnalın dərgilərində paylaşılır.

Coğrafiya, mədəniyyət, kəşflər və tarixlə əlaqəli məqalələrin yer aldığı jurnalda şəkillərin xüsusi yeri vardır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367624

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR