​Polşa hərbi polisi NATO-nun əkskəşfiyyat mərkəzini zəbt edib

​Polşa hərbi polisi NATO-nun əkskəşfiyyat mərkəzini zəbt edib
23:37 18 Dekabr 2015
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Polşa hərbi polisi NATO ölkələrindən birinin Varşavadakı əkskəşfiyyat mərkəzində, qurumun rəhbərliyini dəyişmək məqsədi ilə gecə reydi keçirib.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, bu barədə "Gazeta Wyborcza" məlumat yayıb.
Nəşrin məlumatına görə, müdafiə naziri Antoni Matsereviçin köməkçiləri hərbi polisin müşayiəti ilə açarın surətindən istifadə edərək binaya daxil olublar.
Gecə mərkəz əməkdaşları qurumun direktoru, polkovnik Kşiştof Duşanı çağırıblar, lakin onun obyektin ərazisinə girişinə icazə verilməyib. Polşanın Müdafiə Nazirliyi məlumat verir ki, Kşiştof Duşa mərkəzin direktoru vəzifəsindən çıxarılıb, lakin bu xəbərə reaksiya verməyib.
Məlumdur ki, nə NATO, nə də Slovakiya məmurları rəhbərliyin əvəzlənməsi ilə bağlı hər hansı bir məsləhətləşmənin aparıldığını təsdiq edə bilməyiblər. Slovakiya bu mərkəzin fəaliyyətində tərəfdaşdır.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/polsa-herbi-polisi-nato-nun-ekskesfiyyat-merkezini-zebt-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR