1 yanvar 2016-cı il tarixindən etibarən Rusiyaya gedən, Türkiyə vətəndaşlarına tətbiq edilən vizanın qiyməti 200 türk lirəsi civarında olacağı açıqlandı.

ANS PRESS-in məlumatına görə, Rusiyanın türkiyəyə təqbiq etdiyi sanksiyalar haqqında qanuna görə 1 yanvar tarixindən Rusiyaya səfər etmək istəyən Türkiyə vətəndaşları Rusiyanın Türkiyədəki səfirliyindən viza almalı olacaq.

Bunu Rusiya Turuzim asosiyasiyalarının rəhbəri Dmitri Qorin bildirib.

Rusiyaya gedən türklər xərac verəcək FOTO)
Rusiya Turuzim Asosiyasiyalarının rəhbəri Dmitriy Qorin.


O bildirib: ”Bizim hesablamalarımıza görə, Rusiyaya bir dəfə giriş vizasının qiyməti 60 avro, yəni 200 türk lirəsi civarında olacaq. Türk vətəndaşları vizalarını özləri deyil, vasitəçi şirkətə yönəltdiyi halda qiymət 30-35 avro baha başa gələcək”

Qorin verdiyi açıqlamada Türkiyəyə turist qismində gedən ruslara 1 yanvar tarixindən viza tətbiq edilməyəcəyini də əlavə etdi.

Rusiyaya gedən türklər xərac verəcək FOTO)

Rusiya ilə Türkiyə arasında gərginlik Rusiyaya məxsus Su-24 təyyarəsnin Türkiyə tərəfindən vurulmasından sonra başlayıb. Hadisənin ardından Rusiya Türkiyə mallarına sanksiyalar tətbiq edib.