Həmyerlimiz Türkiyənin “Xalq musiqisinə xidmət” mükafatı ilə təltif olunub

Həmyerlimiz Türkiyənin “Xalq musiqisinə xidmət” mükafatı ilə təltif olunub
06:48 19 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


İstanbul, 19 dekabr, AZƏRTAC
Türkiyənin Qaziantep Universitetinin professoru, həmyerlimiz İlqar İmamverdiyev “Xalq musiqisinə xidmət” mükafatı ilə təltif olunub.
İstanbul Böyükşəhər Bələdiyyəsi və Motif Fondu tərəfindən təqdim olunan 21-ci “Motif xalq elmi” mükafatının qalibləri təltif olunublar.
İ.İmamverdiyev bu mükafata Türkiyədə musiqi elminin inkişafı üçün səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, 36 kitab müəllifi olan həmyerlimiz Türkiyədə “Xalq musiqisinə xidmət” mükafatı ilə təltif olunan ilk xarici vətəndaşdır.
Aldığı mükafatı Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsi olduğunu diqqətə çatdıran İ.İmamverdiyev AZƏRTAC-a müsahibəsində deyib: ”Mənim əməyimə verilən bu mükafat bütövlükdə Azərbaycan musiqi elminin qazandığı uğurdur”.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hemyerlimiz_Turkiyenin_Xalq_musiqisine_xidmet_mukafati_ile_teltif_olunub-912602

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR