Dəyişikliyə əsasən, uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu elektron qaydada həyata keçiriləcək.
Belə ki, “Elektron xidmət növlərinin Siyahısı”nın "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi" bölməsində "sınaq və ya kalibrləmə laboratoriyasının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu" "uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu" ilə əvəzlənib.
Bundan əlavə, sertifikatlaşdırma və ya inspeksiya orqanının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulunun elektron qaydada aparılması ləğv edilib.
Qaydaya əsasən, xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun Azərbaycan ərazisində uyğunluğu qiymətləndirmə fəaliyyətinin razılaşdırılması üçün müraciətin və sənədlərin qəbulu elektron formada olacaq.