Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılması istiqamətində işlərin icrasına başlanılıb

Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılması istiqamətində işlərin icrasına başlanılıb
07:38 20 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 20 dekabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nəzdində "Elektron idarəçilik, informasiya sistemləri və kibertəhlükəsizlik” Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılması istiqamətində işlərin icrasına başlanılıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Elm-Təhsil və Texnologiyalar Birliyi çərçivəsində yeni tədris ilindən etibarən Azərbaycan Texniki Universitetində elektron xidmətlər, elektron imza və geniş zolaqlı internet şəbəkələri üzrə laboratoriyalar fəaliyyətə başlayıb.
Bu ilin iyun ayında Azərbaycan Texniki Universiteti (AzTU) və Məlumat Hesablama Mərkəzinin nəzdində Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılması qərara alınıb, bu barədə AzTU və “Elektron hökumət” portalının operatoru arasında müqavilə imzalanıb. Hazırda hər iki müəssisədə yeni tərəfdaşlıq əsasında Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılması istiqamətində müvafiq iş aparılır. Məqsəd "Elektron idarəçilik, informasiya texnologiyaları və sistemləri mühəndisliyi" üzrə ali təhsilli kadrların hazırlığı üzrə elm-təhsil və biznes səylərinin birləşdirilməsidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elm_Tehsil_ve_Texnologiyalar_Birliyinin_yaradilmasi_istiqametinde_islerin_icrasina_baslanilib-912780

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR