Kənan Yavuz: “Star” neft emalı zavodu üzrə ümumi işlərin 48 faizi tamamlanıb

Kənan Yavuz: “Star” neft emalı zavodu üzrə ümumi işlərin 48 faizi tamamlanıb
12:53 21 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, Nihad Budaqov, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İzmirin Əliağa rayonunda, “Petkim PetroKimya Holding A.Ş.”nin ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodunun qurulması üzrə ümumi işlərin 48 faizi tamamlanıb. Zavod inşasında istifadə olunacaq avadanlıqlar artıq gəmilərlə limana gətirilərək boşaldılıb. Hazırda avadanlıqların montaj edilməsi prosesinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz məlumat verib. K.Yavuz bildirib ki, Türkiyədə real sektorda son 40 ilin ən böyük investisiya qoyuluşu olan “Star” neft emalı zavodunda 2018-ci ildə istehsala başlanılacaq.
Xatırladaq ki, “Star” neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Azərbaycan SOCAR Türkiyədəki ən böyük aktivi olan “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin 61,32 faizi SOCAR-a məxsusdur. SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.
 




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kenan_Yavuz_Star_neft_emali_zavodu_uzre_umumi_islerin_48_faizi_tamamlanib-912887

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR