Azərbaycanın startap layihəsi “BethClip” növbəti dəfə investisiya alıb

Azərbaycanın startap layihəsi “BethClip” növbəti dəfə investisiya alıb
19:23 21 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Dünyada texnoloji, yeni innovativ həllər təklif edən layihələrə dəstək verən “Telcovision Group” Azərbaycanın “BethClip” startap layihəsinə 2 dəfə ödəniş etməklə 20 min dollar yatırım edib.
Layihə qrupundan AZƏRTAC-a verilən məlumata görə, dəyişikliklər 6 ay müddətində özünü doğrultduğu üçün, bir neçə dəfə daha yüksək məbləğ yatırımı barəsində də razılıq əldə olunub.
Qeyd edək ki, “BethClip” bundan əvvəl də xarici şirkətlərdən investisiya dəstəyi alıb. Layihə müxtəlif platformalı avadanlıq və cihazlar arasında məlumatın ötürülməsini təmin edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR