"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, "Super King" təyyarəsinin göyərtəsində 10 nəfər olub. Qəza təyyarənin yenicə havaya qalxdığı zaman baş verib. Aşağı düşərkən təyyarə divara çırpılıb, sonra texniki su bəndinə düşüb və yanıb.
Qəza yerinə ölkənin daxili işlər naziri Racnath Sinqh də gəlib.