Özəl mühafizə xidməti üçün lisenziya ikiqat ucuzlaşdı

Özəl mühafizə xidməti üçün lisenziya ikiqat ucuzlaşdı
10:44 22 Dekabr 2015
37 Sosial
Ölkə mətbuatı
A- A+

 

 

Bu lisenziyanı Dövlət Təhlükəsizliyi Xidməti və DİN verəcək

 

Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 21-də imzaladığı "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" fərmana əsasən, özəl mühafizə fəaliyyəti üçün lisenziyanın məbləği iki dəfə aşağı azaldılıb.

 

Lent.az "Report"a istinadən məlumatına görə, fərmanla Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərin, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərin öz mühafizəsini təmin etmək üçün) və Daxili İşlər Nazirliyi (digər hallarda) tərəfindən özəl mühafizə fəaliyyəti üçün lisenziyanın dövlət rüsumu 1500 manat olub.

 

İndiyədək bu məbləğ 3000 manat idi.

 

Ümumilikdə, dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri iki dəfə azaldılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226071

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR