Şəkinin zəngin potensialı onun türk dünyasının mədəniyyət paytaxtı seçilməsinə əsas verib

Şəkinin zəngin potensialı onun türk dünyasının mədəniyyət paytaxtı seçilməsinə əsas verib
12:18 22 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Şəki, 22 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki türk dünyasının mədəniyyət paytaxtı elan edilən sayca beşinci şəhərdir. Biz Şəkini böyük şairlərin, yazıçıların vətəni kimi tanıyırıq. Bilirik ki, bu şəhər öz dadlı şirniyyatı və yumoru ilə də məşhurdur. Şəhərin zəngin mədəniyyəti və çox qonaqpərvər sakinləri var. Bütün bu amillər Şəkinin türk dünyasının mədəniyyət paytaxtı seçilməsində mühüm rol oynayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şəkidə jurnalistlərə müsahibəsində TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyib.
Şəkidə keçirilən beynəlxalq festivallarda, sərgilərdə iştirak etdiyini vurğulayan qurumun rəhbəri bildirib ki, şəhərin çox zəngin potensialı var. Şəkinin qədim tarixi, mədəniyyəti, incəsənəti bu şəhərin həqiqətən də paytaxt elan olunmasına əsas verir.
Təşkilatın baş katibi deyib: “Tədbirlərə “paytaxt ili”nin açılış mərasimi ilə start veriləcək. Şəhər icra hakimiyyəti ilə birgə hazırda müvafiq tədbirlər planı hazırlayırıq. Tədbirlər planına, ilk növbədə, Şəkidə ənənəvi olaraq hər il keçirilən beynəlxalq festivallar daxil ediləcək. Eyni zamanda, əlavə tədbirlər də bu plana salınacaq”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR