Azərbaycanlı fotoqrafın işi beynəlxalq fotomüsabiqənin qalib əsərləri sırasında

14:08 22 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
İstanbulda 70-dən çox ölkənin fotoqrafının qatıldığı "Tolerantlıq" mövzusunda keçirilən beynəlxalq fotomüsabiqənin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təşkilatçılığı ilə keçirilən fotomüsabiqəyə təqdim edilən fotolar Taksim Cümhuriyyət Sənət Qalereyasında sərgilənib. Müsabiqəyə təqdim olunan 1000 fotoşəkil sırasında azərbaycanlı fotoqraf İradə Qədirovanın işi 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, sərgi dekabrın 25-dək davam edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR