Dövlət Xidməti: Süni qiymət artımına yol verənlər barəsində müvafiq tədbirlər görüləcək

Dövlət Xidməti: Süni qiymət artımına yol verənlər barəsində müvafiq tədbirlər görüləcək
21:43 22 Dekabr 2015
82 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda dolların məzənnəsinin artmasından sonra süni qiymət artımının olmaması üçün bir sıra tədbirlər həyata keçirilir. Trend-in məlumatına görə, bunu İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev ANS-ə müsahibəsində deyib.

Z.İsayev bildirib ki, məhsulların qiymətlərində baş verən artımların vaxtında qeydə alınması, süni qiymət artımlarının, bazarda mal qıtlığının yaradılmasının vaxtında aşkar olunması üçün tədbirlər görülür.

Z.İsayevin sözlərinə görə, bu gün süni qiymət artımı cəhdləri demək olar ki, yox səviyyəsindədir: “Çünki Dövlət Xidmətinin hələ fevral ayında baş verən devalivasiya zamanı süni qiymət artımının qarşısını almaq üçün həyata keçirdiyi tədbirlər və iş metodu süni qiymət artımının baş verə bilmək ehtimalını bəri başdan aşkar etməyə imkan verir və bizim müdaxiləmiz nəticəsində süni qiymət artımının qarşısı demək olar ki, baş verməmiş alınır”.

Z.İsayev deyib ki, manatın məzənnəsnin dəyişməsi istehlak bazarında satılan məhsulların qiymətlərinə müxtəlif cür təsir göstərə bilər: “Burada artım satılan malların maya dəyərində xarici valyutada formalaşan xərclərin xüsusi çəkisindən asılı olaraq çox da ola bilər, az da ola bilər. İdxal olunan malların həm alışı, həm də onların ölkəyə gətirilməsi ilə bağlı nəqliyyat xərcləri tam həcmdə xarici valyutada ödənilir. Ona görə də idxal olunan malların maya dəyərində xarici valyutada formalaşan xərclərin xüsusi çəkisi xeyli yüksəkdir”.

Azərbaycanda istehsal olunan ərzaq məhsullarında qiymət artımı məsələsinə gəlincə isə Z.İsayev bildrib ki, sahibkarlar öz biznesini inkişaf etdirmək üçün nələrisə daxili bazardan əldə etməlidir: “Buna görə də o sahibkarların da satış həcmləri artmalıdır ki, onar da həmin tələbatları ödəyə bilsin. Ona görə o da həmin mallarınının qiymətlərində müyyən artımın olacağı gözləniləndir”.

Siqaretin qiymətində artım məsələsinə münasibət bildirən Z.İsayev qeyd edib ki, maya dəyərində xarici valyutada formalaşan xərclərin xüsusi çəkisinə uyğun artım baş verəcək: “Amma o qiymət artımlarının əsaslı olub-olmaması araşdırılacaq. Əgər qiymət artımı əsaslı olmazsa, süni qiymət artımına yol verən təsərrüfat subyektləri barəsində müvafiq tədbirlər görüləcək”.

Dərmanların qiymətində artım məsələsinə gəlincə isə Z.İsayev bildirib ki, dərmanların qiymtələrinin tənzimlənməsi ilə bağlı ölkə prezidentinin tapşırığı ilə Tarif Şurası tərəfindən xeyli işlər görülüb: “İndiyə qədər 3540 dərmanın qiyməti təsdiq olunub və həmin dərmanlar ölkədə bütün apteklərdə eyni qiymətə satılır. Azərbaycanda satılan dərmanlar idxal olunur və ona görə də dərmanların qiymətlərində qiymət artımı Tarif Şurası tərəfindən həyata keçiriləcək. Bildyiniz kimi dərmanların qiymətləri tənzimlənən zaman 2, 3 5 dəfə, bəzi dərmanların qiyməti isə 10 dəfə aşağı salınıb. Buna görə də dərmanların qiymətləri məzənnə dəyişikliyi ilə bağlı artırılarkən belə yenə də əvvəlki qiymətlərindən dəfələrlə aşağı olacaq”.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Məşhur müğənni jurnalistlərə hücum etdi

25 Sentyabr 2017 22:54

Düsseldorfda Maqomayevin yubileyi qeyd olundu

25 Sentyabr 2017 22:53

Tələbələrlə bağlı -

25 Sentyabr 2017 22:51

İraq parlamentindən Ərbilə qarşı növbəti qərar -

25 Sentyabr 2017 22:49

“Yuventus” ŞOKDA: Klub prezidenti futboldan uzaqlaşdırıldı

25 Sentyabr 2017 22:48

"Brent" markalı neftin qiyməti 59 dolları ötüb

25 Sentyabr 2017 22:42

Səbinə Əzimova ağır atletika üzrə Avropa çempionu olub

25 Sentyabr 2017 22:37

Rusiya təyyarələri ABŞ-ın dəstəklədiyi qüvvələri bombaladı -

25 Sentyabr 2017 22:30

"Yuventus"un prezidenti bir il müddətinə futboldan kənarlaşdırılıb

25 Sentyabr 2017 22:22

Prezident İlham Əliyev yığma komandamızın oyununda - FOTOLAR

25 Sentyabr 2017 22:19

Kürdlərin referendumu başa çatdı

25 Sentyabr 2017 22:18

Dünyanın ən kök qadını həyatını itirdi -

25 Sentyabr 2017 22:11

Bir ailənin 5 üzvü zəhərləndi - Balakəndə

25 Sentyabr 2017 22:09

"Qəbələ" "Neftçi"yə divan tutdu - 7:1

25 Sentyabr 2017 22:07

Naim Süleymanoğlu ölüm ayağında - Təcili...

25 Sentyabr 2017 21:58

Bakıda universitet tələbəsi kirayə qaldığı evdə müəmmalı şəkildə ölüb

25 Sentyabr 2017 21:52

"Ordumuz İraqa girə bilər" -

25 Sentyabr 2017 21:50

Dünyanın ən bahalı brendləri açıqlandı - SİYAHI

25 Sentyabr 2017 21:49

Prezidentdən SƏRƏNCAM: Ziya Məmmədovun adı çıxarılsın

25 Sentyabr 2017 21:48

Mingəçevirdə sürücü içkili vəziyyətdə maşını dairəyə çırpıb, 6 nəfər yaralanıb

25 Sentyabr 2017 21:47

Tovuzda FACİƏ: Usta "laqonda" ilə ayağını doğradı

25 Sentyabr 2017 21:43

Mixail Qusmana "Kavaler" ordeni təqdim edildi

25 Sentyabr 2017 21:33

SON DƏQİQƏ:Türkiyə və İraq hərəkətə keçdi -

25 Sentyabr 2017 21:30

İraq və Türkiyə birgə hərbi təlimlərə başladı

25 Sentyabr 2017 21:29

Kərkük qarışdı: türkmənlər peşmərgə ilə döyüşür - Ölənlər var

25 Sentyabr 2017 21:28

ABŞ-ın başına 5 milyon pul qoyduğu çeçenin cəsədi tapıldı - FOTO (18+)

25 Sentyabr 2017 21:23

İraq Kürdüstanında səsvermə başa çatdı

25 Sentyabr 2017 21:19

Hitlerin gizli nüvə mərkəzi tapıldı

25 Sentyabr 2017 21:18

Neftin qiyməti iki illik maksimumuna çatıb

25 Sentyabr 2017 21:12

Cəlilabadda baş verən yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb

25 Sentyabr 2017 21:10

“Qarabağ” - “Roma” oyunu ilə bağlı polisdən -

25 Sentyabr 2017 21:04

Gömrük nəzarətindən gizlədilən külli miqdarda siqaret müsadirə edildi

25 Sentyabr 2017 21:03

BƏƏ-nin müdafiə nazirinin müavini Azərbaycana səfərə dəvət olunub

25 Sentyabr 2017 21:02

Brent markalı neft bahalaşdı

25 Sentyabr 2017 20:53

İlham Əliyev millimizin Almaniya üzərində qələbəsini canlı izlədi - FOTO

25 Sentyabr 2017 20:53

Ankara Ərbilə layiqli cavab verəcək -

25 Sentyabr 2017 20:51

Avro-2017: Voleybolçularımız məğlubiyyətsiz 1/4 finalda!

25 Sentyabr 2017 20:49

Azərbaycanda elmlər doktoru olan qadınların sayı açıqlanıb

25 Sentyabr 2017 20:47

“Bu, Rusiyanın qanla ödədiyi əvəzdir” - Rusiya XİN-dən ABŞ-a REAKSİYA

25 Sentyabr 2017 20:43

Azərbaycanın voleybol üzrə milli komandası dörddəbir finala yüksəlib

25 Sentyabr 2017 20:39

Yevlaxda 37 yaşlı kişi bıçaqlanıb

25 Sentyabr 2017 20:37

Sabah daha bir asteroid Yerə yaxınlaşır

25 Sentyabr 2017 20:37

“Yuventus”un prezidenti futboldan kənarlaşdırıldı

25 Sentyabr 2017 20:34

“Beynəlxalq Xəzəryanı Gənclər forumu” yekunlaşıb

25 Sentyabr 2017 20:32

Yeni Ayfon 8-də problem AŞKAR EDİLDİ

25 Sentyabr 2017 20:28

SON DƏQİQƏ:Kərkükdə komendant saatı -

25 Sentyabr 2017 20:26

Prezidentdən "Güzəştli mənzil" sistemi ilə bağlı SƏRƏNCAM

25 Sentyabr 2017 20:18

AÇ-2017: Millimiz 1/4 finalda

25 Sentyabr 2017 20:13

Daşkəsəndə “VAZ”la “Mercedes” toqquşdu - 2 yaralı

25 Sentyabr 2017 20:09

Düsseldorfda Müslim Maqomayevin anadan olmasının 75-ci ildönümü qeyd olunub

25 Sentyabr 2017 20:07