Dövlət Xidməti: "Süni qiymət artımına yol verilməyəcək"

Dövlət Xidməti: "Süni qiymət artımına yol verilməyəcək"
21:52 22 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda dolların məzənnəsinin artmasından sonra süni qiymət artımının olmaması üçün bir sıra tədbirlər həyata keçirilir. Trend-in məlumatına görə, bunu İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev ANS-ə müsahibəsində deyib.

Z.İsayev bildirib ki, məhsulların qiymətlərində baş verən artımların vaxtında qeydə alınması, süni qiymət artımlarının, bazarda mal qıtlığının yaradılmasının vaxtında aşkar olunması üçün tədbirlər görülür.

Z.İsayevin sözlərinə görə, bu gün süni qiymət artımı cəhdləri demək olar ki, yox səviyyəsindədir: "Çünki Dövlət Xidmətinin hələ fevral ayında baş verən devalivasiya zamanı süni qiymət artımının qarşısını almaq üçün həyata keçirdiyi tədbirlər və iş metodu süni qiymət artımının baş verə bilmək ehtimalını bəri başdan aşkar etməyə imkan verir və bizim müdaxiləmiz nəticəsində süni qiymət artımının qarşısı demək olar ki, baş verməmiş alınır".

Z.İsayev deyib ki, manatın məzənnəsnin dəyişməsi istehlak bazarında satılan məhsulların qiymətlərinə müxtəlif cür təsir göstərə bilər: "Burada artım satılan malların maya dəyərində xarici valyutada formalaşan xərclərin xüsusi çəkisindən asılı olaraq çox da ola bilər, az da ola bilər. İdxal olunan malların həm alışı, həm də onların ölkəyə gətirilməsi ilə bağlı nəqliyyat xərcləri tam həcmdə xarici valyutada ödənilir. Ona görə də idxal olunan malların maya dəyərində xarici valyutada formalaşan xərclərin xüsusi çəkisi xeyli yüksəkdir".

Azərbaycanda istehsal olunan ərzaq məhsullarında qiymət artımı məsələsinə gəlincə isə Z.İsayev bildrib ki, sahibkarlar öz biznesini inkişaf etdirmək üçün nələrisə daxili bazardan əldə etməlidir: "Buna görə də o sahibkarların da satış həcmləri artmalıdır ki, onar da həmin tələbatları ödəyə bilsin. Ona görə o da həmin mallarınının qiymətlərində müyyən artımın olacağı gözləniləndir".

Siqaretin qiymətində artım məsələsinə münasibət bildirən Z.İsayev qeyd edib ki, maya dəyərində xarici valyutada formalaşan xərclərin xüsusi çəkisinə uyğun artım baş verəcək: "Amma o qiymət artımlarının əsaslı olub-olmaması araşdırılacaq. Əgər qiymət artımı əsaslı olmazsa, süni qiymət artımına yol verən təsərrüfat subyektləri barəsində müvafiq tədbirlər görüləcək".

Dərmanların qiymətində artım məsələsinə gəlincə isə Z.İsayev bildirib ki, dərmanların qiymtələrinin tənzimlənməsi ilə bağlı ölkə prezidentinin tapşırığı ilə Tarif Şurası tərəfindən xeyli işlər görülüb: "İndiyə qədər 3540 dərmanın qiyməti təsdiq olunub və həmin dərmanlar ölkədə bütün apteklərdə eyni qiymətə satılır. Azərbaycanda satılan dərmanlar idxal olunur və ona görə də dərmanların qiymətlərində qiymət artımı Tarif Şurası tərəfindən həyata keçiriləcək. Bildyiniz kimi dərmanların qiymətləri tənzimlənən zaman 2, 3 5 dəfə, bəzi dərmanların qiyməti isə 10 dəfə aşağı salınıb. Buna görə də dərmanların qiymətləri məzənnə dəyişikliyi ilə bağlı artırılarkən belə yenə də əvvəlki qiymətlərindən dəfələrlə aşağı olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR