Dəmir yolunun Qovlar-Zəyəm mənzilində yolun əsaslı təmirinə başlanılıb

Dəmir yolunun Qovlar-Zəyəm mənzilində yolun əsaslı təmirinə başlanılıb
10:38 23 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC 
Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib.
“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr dəmir yolu əsaslı təmir olunur. Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb.
Dekabrın 23-dən dəmir yolunun Qovlar-Zəyəm mənzilində 6 kilometr yolun əsaslı təmirinə başlanılıb. Təmir işləri beş gün davam edəcək. Əsaslı təmir işlərini yeni yaradılmış 5 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarından köhnə yolun söküntüsünə başlanılıb.
Qeyd edək ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometrlik hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 28, 4 kilometr dəmir yolu əsaslı təmir olunub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Demir_yolunun_Qovlar_Zeyem_menzilinde_yolun_esasli_temirine_baslanilib-913527

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR