TAP layihəsi çərçivəsində növbəti iki müqavilə imzalanıb

TAP layihəsi çərçivəsində növbəti iki müqavilə imzalanıb
11:38 23 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, Nihad Budaqov, AZƏRTAC
“Trans-Adriatik” (TAP) boru kəməri layihəsi çərçivəsində növbəti iki müqavilə imzalanıb. Bunlar İtaliyada qazın qəbul terminalı və kəmərin quruda tikintisi üzrə mühəndislik, satınalma və inşaat müqavilələridir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat TAP-ın rəsmi saytında yer alıb. Məlumatda bildirilir ki, “Enereco S.p.a.” və “Max Streicher S.p.a.” şirkətlərindən ibarət birgə müəssisə ilə imzalanan müqavilə boru kəmərinin dənizaltı hissəsinin quru ilə birləşdirilən hissəsinin inşasının həyata keçirilməsini nəzərdə tutur.
“Renco S.p.a.” isə TAP yekun mərhələsini – “Snam” şirkətinin qaz şəbəkəsinə birləşən hissənin tikintisini həyata keçirəcək.
Qeyd edək ki, uzunluğu təxminən 870 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.
TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR