İstədiyi reytinqi əldə edə bilməyən "Möhtəşəm yüz il: Kösəm Sultan"ın yaradıcı heyəti təşvişə düşüb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, baş rollarında Hülya Avşar, Ekin Koç kimi ulduzların yer aldığı ekran işi mövsümə iddialı başlasa da, gözləntiləri tam doğrultmayıb. Bu səbəbdən, 13-cü seriyada çəkilişlərə qatılacağı planlaşdırılan Beren Saat 7-ci seriyada tamaşaçı qarşısına çıxacaq.
Ölkə xaricinə satıldığı üçün yayımı dayandırıla bilməyən serialın prodüserləri B planını işə salıblar. Hazırda onlar serialda Sultan Ahmetin oğlu Gənc Osmanı canlandırmaq üçün axtarışlara başlayıblar. Bir müddət sonra seriala daxil olacağı gözlənilən obraz üçün birinci təklif Kərəm Bürsinə edilib. Ancaq Bürsinin başqa serialla müqaviləsi olduğu üçün alınmayıb. Ondan sonra isə iki sürpriz, məşhur aktyorla danışıqlar başlayıb. Həmin şəxslərin kimliyi isə hələ bəlli deyil.
Bu arada Beren Saatın iştirak edəcəyi seriyanın yeni, üçüncü treyleri yayılıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

