Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

18:13 23 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimində ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, ekspertlər və jurnalistlər iştirak ediblər.
Fondun icraçı direktoru Vüqar Səfərli media nümayəndələrini qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb. Bildirilib ki, müsabiqəyə 60 media orqanından 156 yazı təqdim olunub. Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Qiymətləndirmə nəticəsində 113 qalib müəyyənləşib.
Həmçinin diqqətə çatdırılıb ki, KİVDF-nin 2009-2015-ci illərdə keçirdiyi yazı müsabiqələrində qalib gələn ən yaxşı məqalələr kitab şəkilində çap olunub. “Sözün zirvəsində” adlanan kitabda 100 yazı toplanıb. Bu ənənə bundan sonra da davam etdiriləcək.
Fondun ekspertləri müsabiqəyə təqdim edilmiş yazılar barədə fikir və rəylərini bildiriblər. Onlar jurnalistlərə Fondun təşkil etdiyi müsabiqələrə daha yaradıcı yanaşmağı, tədqiqat və araşdırmalara geniş yer ayırmağı, fərdi və orijinal yazı üslubuna üstünlük verməyi tövsiyə ediblər.
Sonra qaliblər mükafatlandırılıb.
Mükafat alanlar arasında AZƏRTAC-ın əməkdaşları da olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ferdi_jurnalist_yazilari_musabiqesinin_qalibleri_mukafatlandirilib-913738

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR