"Baker Hughes": "ABŞ-da bir həftə ərzində 9 qazma qurğu dayandırılıb"

"Baker Hughes": "ABŞ-da bir həftə ərzində 9 qazma qurğu dayandırılıb"
10:42 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ ABŞ-da bir həftə ərzində neft və təbii qaz kəşfiyyatı üçün istifadə edilən 9 qazma qurğu dayandırılıb. İndi bu cür qurğuların sayı 700-ə bərabərdir. Hərçənd ötən il qazma qurğularının sayı 1840 olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə neft-qaz sənayesinin vəziyyəti haqqında məlumat toplamaq üzrə ixtisaslaşan "Baker Hughes" şirkətindən məlumat verilib.
Şirkətin məlumatına görə, ən böyük ixtisarlar Şimali Dakota və Vayominq ştatlarında olub. Eləcə də Arkanzas, Luiziana, Alyaska, Kolorado Texas ştatlarında qurğular dayanıb.
Kaliforniya, Ohayo, Pensilvaniya, Yuta, və Qərbi Virciniya ştatlarında qurğu sayında azalma olmayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/baker-hughes-abs-da-bir-hefte-erzinde-9-qazma-qurgu-dayandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR