Bakıda pulsuz Wi-Fi xidməti təqdim edilən dayancaqların sayı artırılacaq

12:42 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Məlumata görə, şirkət 2016-cı ildən etibarən mövcud xidmətin istifadəsi mümkün olacaq ərazilərin sayını artıracaq. Hazırda mobil operator bu layihənin üzərində işləyir. 
Qeyd edək ki, 2015-ci ilin noyabr ayından mobil şirkət “Huawei & Bakcell LTE Campaign” çərçivəsində Bakıda təxminən 10 dayanacaqda Wi-Fi modemləri quraşdırıb. Dayanacaqda dayanan şəxslər şirkətin təqdim etdiyi Wi-Fi xidməti ilə elektron poçtlarını yoxlaya və ya sosial şəbəkələrə daxil ola bilir.
Xatırladaq ki, "Bakcell" 200-dən artıq nöqtədə pulsuz Wi-Fi şəbəkəsi təqdim edir. 2014-cü ildən indiyə kimi şirkətin təqdim etdiyi Wi-Fi internet xidmətindən 50 mindən artıq "Bakcell" abunəçisi, eləcə də "Bakcell" şəbəkəsini seçərək rouminq xidmətindən istifadə edən xarici qonaqlar istifadə ediblər. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/bakida-pulsuz-wi-fi-xidmeti-teqdim-edilen-dayancaqlarin-sayi-artirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR