DİN Bakıdakı qətllə bağlı məlumat yaydı

DİN Bakıdakı qətllə bağlı məlumat yaydı
12:59 24 Dekabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Bakıda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 21-də paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində kirayədə yaşayan Gəncə şəhər sakini Vüsal Xəlilovun evinə aldatma yolu girmiş naməlum şəxs, onun boğaz və sinə nahiyələrinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

 

V.Xəlilov hadisə yerində ölüb.

 

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində qətli törətmiş Bakı şəhər sakini Paşa Qələndərov tutulub.

 

Araşdırma aparılır.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR