Tarkan bir şəkil ilə söz-söhbətlərə son qoydu (FOTO)

Tarkan bir şəkil ilə söz-söhbətlərə son qoydu (FOTO)
14:01 24 Dekabr 2015
63 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin meqastarı Tarkan yeni albomundakı mahnıların silinməsi iddiaları barədə rəy bildirib.

ANS PRESS-in məlumatına görə, məşhur müğənni bütün iddiaları rədd edib. O, mahnıların silinməsi xəbərləri əsassız olduğunu deyib.

İfaçı “İnstaqram” səhifəsində şəkil paylaşaraq fanatlarını sevindirici xəbər verib:

“Hard disk çöküb mahnılar silinib” başlıqlı xəbərlər əsassızdır. Albomda heç bir problem yoxdu. İşimiz sürətlə davam edir” yazaraq Tarkan bütün söz səhbətlərə son qoyub.


Tarkanın "İnstaqram" səhifəsi

Ötən gün ifaçının 6 il ərzində hazırladığı yeni albomu üçün səsləndirdiyi ifaların silinməsi xəbərləri yayılıb. İddia olunur ki, müğənni silinən ifaları geri qaytarmaq üçün 3 şirkətə müraciət etsə də, bu mümkün olmayıb.

Almaniyada yaşayan müğənninin bir müddət əvvəl evlənəcəyi xəbər yayılıb. Almaniyanın Köln şəhərində yaşayan Əsmər adlı bir gözəl xanım ilə eşq yaşayan ulduz ötən həftə türk ailəyə elçi gedərək qız istəyib.


Tarkan - "Kayıp" mahnısı

Ailədən "hə" cavabı alan cütlüyün toyunun yaxın zamanlarda baş tutacağı gözlənilir. Toydan sonra ulduz müğənninin Almaniyaya köçəcəyi ehtimal edilir.

Həmçinin oxuyun : Tarkan evlənir (FOTO)
Tarkanın bütün əməyi məhv oldu (FOTO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368061

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR