Ernst & Young Akademiyasının Gəmiçilikdə keçirdiyi treninqlər yekunlaşmaq üzrədir

Ernst & Young Akademiyasının Gəmiçilikdə keçirdiyi treninqlər yekunlaşmaq üzrədir
14:58 24 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Ernst & Young Akademiyasının “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər işçiləri üçün keçirdiyi treninqlər yekunlaşmaq üzrədir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən AZƏRTAC-a bildirilib ki, dekabrın 24-də həmin silsilədən sonuncu treninq başlanıb. “Fəaliyyətin səmərəliliyinin idarəedilməsi” mövzusunda ikigünlük treninqə şirkətin strategiyasının işlənməsində və qərarların qəbulunda iştirak edən rəhbər şəxslər cəlb olunublar.
Məqsəd iştirakçıları biznes mühitinin dəyişmə səbəbləri, məsrəflərin uçotu və idarəetmə sistemlərinin optimallaşdırılması metodologiyası ilə tanış etmək, göstərilən xidmətlərin gəlirliliyinin hesablanması və fəaliyyət növlərinin təhlilinin aparılması üzrə praktiki vərdişlər aşılamaq, qarşıda duran vəzifələrlə bağlı tapşırıqların yerinə yetirilməsi yollarını interaktiv formada müzakirə etməkdir.
Qeyd edək ki, Ernst & Young Akademiyasının Gəmiçilikdəki treninqlərinə noyabrın 30-da start verilib və ötən müddətdə artıq 4 treninq keçirilib. “İnzibati qərarlardan irəli gələn faydalar və risklər”, “Effektiv menecer”, “Qeyri-maliyyə sahəsi rəhbərləri üçün maliyyə anlayışı” və “Effektiv ünsiyyət” mövzularında təşkil olunan məşğələlərdə dinləyicilərə iş prosesinin səmərəliliyinin artırılması, müştərilərlə daha operativ və sıx əlaqələrin qurulması, izafi xərclərin qarşısının alınması, iqtisadi fəaliyyətdə risklərin qiymətləndirilməsi istiqamətlərində yeni bilgilər verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ernst__amp_Young_Akademiyasinin_Gemichilikde_kechirdiyi_treninqler_yekunlasmaq_uzredir-913972

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR