x
Loading...

Birinci xanım Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

15:43 24 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+
.



Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dekabrın 24-də yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli altıncı ümumi yığıncağında keçirilən səsvermənin yekunlarına əsasən, Mehriban Əliyeva növbəti beş il müddətində federasiyaya rəhbərlik edəcək.
Səsvermə nəticəsində, həmçinin Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva federasiyanın İcraiyyə Komitəsinə üzv seçiliblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Birinci_xanim_Mehriban_Aliyeva_yeniden_Azerbaycan_Gimnastika_Federasiyasinin_prezidenti_sechilib-913999

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR