Məşhur diktor: "Xəbəri efirdə oxuyanda qışqırdım, ürəyim getdi..." - FOTO

Məşhur diktor: "Xəbəri efirdə oxuyanda qışqırdım, ürəyim getdi..." - FOTO
16:12 24 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Onu uşaqlıqdan tanıyıb sevmişik. Qeyri-adi səsi, mükəmməl diksiyası ilə hər kəsi özünə valeh edib. İllər keçsə də, nə səsi, nə də xarici görünüşü dəyişib.

Azərbaycan Milli Televiziyasının məşhur diktoru, məlahətli xanım Tamilla Ələkbərovanın evində qonaq olduq.
 
Milli.Az bildirir ki, publika.az-a müsahibə verən Tamilla xanım  keçmiş fotoları qarşımıza töküb, xatirələrə baş vurdu...
 
- Hər zaman efirimizin bəzəyi olan Tamilla xanım  indi hardadır, nə işlə məşğul olur?
- Hazırda nəvəmə baxıram. Sağ olsunlar, efirlər də məni verilişlərinə dəvət edir, gedirəm. İnsanların mənə olan münasibətindən çox razıyam, hara gedirəmsə, qucaqlayıb bağırlarına basırlar.
 
- Bildiyimizə görə, diktorluq fəaliyyətinizə 18 yaşınızdan başlamısınız. Bu təsadüf idi, yoxsa zərurət?
- Mən onda Pedaqoji İnstitutun kimya-biologiya fakultəsində  oxuyurdum. Bir neçə adam auditoriyaya gəldi və mən də daxil olmaqla, 4-5 nəfəri seçdilər. Sonradan öyrəndik ki, həmin adamlar televiziya işçiləridir və efir üçün diktor seçirlər. Atamın bu işə razılıq verməyəcəyini bildim. Çünki o, çox mühafizəkar insan idi. Müsəlman adət-ənənələrinə riayət edərdi. Evdə bu xəbəri anama deyəndə o, məni sakitləşdirdi. Atamdan xəlvət televiziyaya getdim. Ora çatanda dəhşətə gəldim. Televiziyanın qapısından tutmuş indiki Şəhidlər Xiyabanına qədər uzun bir növbə vardı. Sonradan bildim ki, diktorluq müsabiqəsindən keçmək üçün 800 adam gəlibmiş. Cavan qız idim, əlimə bir mətn verdilər ki, oxuyum. Onu həm rus, həm Azərbaycan dilində oxumalıydım. Rus məktəbini bitirdiyim üçün rusca mətni rahat oxudum, amma Azərbaycan dilində mətni ölə-ölə başa çatdırdım. Axırda mənə dedilər ki, görkəmin də, səsin də efirə uyğundur, ikinci mərhələyə gələrsən. Ordan uça-uça çıxdım. İkinci mərhələdən də keçdim. Mənə bir ay sınaq müddəti verdilər. Əmioğlumun dostu da televiziyada işləyirdi. Məni soyadımdan tanıyıbmış. O, əmimoğluna zəng elədi və birlikdə atamın yanına gedib, diktor olmağıma etiraz etməməsi üçün onu yola gətirdilər. Bir ay sınaqdan sonra diktor kimi işləməyə başladım.
 
- İlk efir gününüzü necə xatırlayırsınız?
- Sentyabrın əvvəlləri idi. Gün ərzində nümayiş olunacaq proqramı oxudum. Baş redaktor əlimi sıxdı ki, yaxşıdır, indi də görək, sədr Teymur Əliyev və müavini Ənvər Əlibəyli nə deyəcək...
 
- Yeri gəlmişkən, o vaxt efirə çıxdığınız zaman qadağalar qoyulurdu?
- Əlbəttə. Sədr Teymur Əliyev çox sərt insan idi. Yadımdadır, bir dəfə Roza Cəlilova ilə saçımızı "bobetta" yığmışdıq. İkimizi də çağırıb əsəbi şəkildə danladı. Roza xanım əsəbiləşdi və saçını iki hörük hördü. Mən də saçımı arxadan sadə düzümlə yığdım.
Nəbi Xəzrinin dövründə biz yay-qış uzunqol paltarda efirə çıxardıq. O, bizi qısaqol geymlərdə efirə çıxmağa qoymazdı. 
Oxuduğumuz mətndən kənara çıxa bilməzdik. Mən uzun müddət "Arzu" musiqi poçtu və "Səadət" qadınlar jurnalının aparıcısı olmuşam. Xatırlayıram, Ərəbistandan qastroldan qayıdan Şövkət Ələkbərova verilişə qonaq gəlmişdi. Mən ona "Şövkət xanım" kimi müraciət etdiyim üçün məni bir ay efirdən uzaqlaşdırdılar. Mənə irad tutdular, dedilər, məgər biz bəy-xanım dövründə yaşayırıq?
 
- Əslində, necə müraciət etməliydiniz?
- Sadəcə, "Şövkət" kimi müraciət edib, sualımı ünvanlamalıydım. O vaxt belə şeylərə çox önəm verirdilər.  Yadımdadır, Gülağa Məmmədov "Ötən günlərimi qaytarardılar, gələn günlərimi qurban verərdim" mahnısına görə sədrin kabinetinə çağırılmışdı. Onu danlamışdılar ki, siz hansı günlərin həsrətini çəkirsiniz, bəyəm indi pis yaşayırsınız?
 
- Maraqlıdır, 30 illik diktorluq fəaliyyətiniz dönəmində efirə çıxa bilmədiyiniz zaman olub? 
- Yüksək qızdırma ilə də xəbərləri oxumuşam. Lakin valideynlərim rəhmətə gedəndə 10 gün efirə çıxmadım. Çox cavan yaşında qardaşımı itirdim, onda dəli kimi olmuşdum. Düz 40 gün efirə çıxmadım.
 
- Kişi diktorlardan hansı ilə veriliş aparmaqdan xüsusi zövq alırdınız?
- Hərəsinin öz yeri olub, fərqləndirmək istəmirəm.
 
- Yəqin, efirdən sonra sizə zəng edib, xoş sözlər söyləyənlər olub. Maraqlıdır, nə zamansa təhqir olunmusunuz?
- Xalq cəbhəsi dövründə müsahibə zamanı qara məxmər paltar geyindiyim üçün bir xanım mənə zəng edib təhqir etdi. Çox nalayiq ifadələr işlətdi...  
 
- Nə dedi?
- Dedi, bizim bayramımızdır, sən niyə qara geyinmisən? O söyüşləri dilimə gətirə bilmərəm. Telefon əlimdə quruyub qaldım. Otaqdakılardan bir nəfər telefonun dəsətəyini aldı və soyüşləri eşidib dəhşətə gəldi.
 
- Məşhur olduğunuzun fərqində idiniz?
- Heç vaxt. Həyat yoldaşım o dövrdə idman komitəsinin birinci sədrinin müavini idi. İndiki dillə desək, nazir müavini. Maşınla işə gəlib, maşınla evə gedirdim, heç vaxt öyünmürdüm.
 
- Yeri gəlmişkən, həyat yoldaşınızla harada tanış olmusunuz?
- Yay fəsli idi, işə tələsirdim. "Baksovet" metrosunun yanından qaça-qaça trolleybusa minmək istəyirdim. Bu məqamda APİ-nin bir müəlliməsi ilə qarşılaşdım. Məni təbrik elədi ki, ay Tamilla, biz səninlə fəxr edirik. Onda gördüm ki, bir yaraşıqlı oğlan kənardan məni müştəri gözü ilə süzür. Sözün açığı, onun bu hərəkəti heç xoşuma gəlmədi. Fikrimi dəyişdim, trolleybusa yox, taksiyə mindim ki, bu oğlan dalımca düşməsin. Evə gedəndə gördüm ki, anam mənə şübhəli baxışlarla baxıb gülümsəyir. Dedi ki, sənə elçi düşüblər. Onda da anamın bir rəfiqəsinin alim oğlu məni istəyirdi. Sən demə, rastlaşdığım həmin oğlandan danışırmış. O oğlan da atamın uzaq qohumu idi, evdən deyiblər ki, bu diktor qızı sənə alacağıq. Oğlan da baxıb efirdə məni bəyənməyib, amma sonradan dalımca düşəndə xoşuna gəlmişəm. Gedib evdə deyib ki, həyatda qəşəng qız imiş, elçi gedə bilərsiniz. Sonra bizi tanış etdilər. Onu görənə qədər söhbətin yolda gördüyüm oğlandan getdiyini bilmirdim. Yaraşıqlı oğlan idi, elə görən gündən vurulmuşdum. Beləcə, evləndik.
 
- Eşitdiyimizə görə, çox qısqanc olub?
- Həddən artıq. Həyat yoldaşım məni üç dəfə işdən çıxardıb.
 
- Niyə?
- Birinci dəfə toydan sonra məni işə qoymadı. O vaxt televiziyanın sədri Elşad Quliyev evimizə gəldi ki, niyə bu xanımı efirə buraxmırsan, xəbərlərimiz qalıb havada. Xahiş-minnət, məni işə qaytardı. Sonra uşaqlarımız dünyaya gələndə məni işə qoymadı. Bir dəfə yuxuda Moskva diktoru Anna Şilovanı yuxumda gördüm və başladım qışqırmağa ki, Anna, yalvarıram sənə, ərimi yola gətir, ona efirsiz yaşaya bilməyəcəyimi söylə. Səhəri gün gördüm, qayınanam yoldaşımı o biri otağa çağırıb xəlvətcə deyir ki, sən Allah, icazə ver, Tamilla işə getsin. Əks təqdirdə, bu qız dəli olacaq. Məcbur olub məni işimə qaytardı.
 
- Maraqlıdır, diktorluq fəaliyyətiniz dövründə ən dəhşətli və ən xoş xəbər hansı olub?
- İki xəbərdən sarsılmışam. Biri noyabrın 20-də baş verən təyyarə qəzası və içərisində olan Azərbaycanın tanınmış insanlarının faciəsi, digəri Salatın Əsgərovanın ölüm xəbəri. Salatın qızlarımla eyni məktəbdə oxumuşdu, xətrini çox istəyirdim. Ölümü də ürəyimə dammışdı. Ağdama getməmişdən bir gün qabaq, gecəyarısı zəng eləyib, məni çox istədiyini söylədi. Səhəri gün ölüm xəbərini aldıq. Mən o an efirdə "Günün ekranı" xəbərlər proqramını aparırdım, efir redaktoru yazılı mətni mənə sarı itələdi ki, oxuyum. Heç bilmədim, nə xəbər idi. Görəndə ki, Salatın Əsgərovanın ölüm xəbəridir, efirdə olduğumu unudub, həyəcanla "yox, yox, yox" deyib bayıldım. O an mənimlə bərabər xəbərləri oxuyan Davud tez əlimdəki mətni alıb oxudu. Həmin vaxt məni dərhal efirdən çıxardılar, təcili yardım maşını çağırdılar. İsmət Qayıbovla da ailəvi dost idik, onun və təyyarədə faciəli şəkildə həlak olanların xəbəri də məni dəhşətə gətirmişdi.
 
-  Bəs ən xoş xəbər?
- Ulu öndər Heydər Əliyevin qayıdışı. Həmin ərəfədə ulu öndərdən ilk müsahibəni mən almışdım.
 
- Bu gün efir üçün darıxırsınız?
- Çox darıxıram.
 
- Nə əcəb qızlarınız yolunuzu davam etdirmədi?
- Qızlar özləri istəmədi, həm də ataları razı olmadı. Böyük qızım Nərmin Xarici Dillər Universitetini, digəri isə Universitetin filologiya fakultəsini bitirib. Üç nəvəm var - Aysel, Musa, Fatimə. Nəticəmin adı Həsəndir.
 
- Ay maşallah, heç sizə nənə də demək olmaz, çox cavan görünürsünüz. Bəlkə, belə gözəl qalmağınızın sirrini bizə də açıqlayasınız? Heç plastik əməliyyata müraciət etmisiniz?
- Qətiyyən. İndi bəzi qadınlara baxıram, yanaqlar qalxır, dodaqlar şişir, məndə nə varsa, odur. Heç vaxt paxıl olmamışam, yəqin, cavan qalmağımın sirri bundadır.
 
- Keçmiş həmkarlarınızla aranızda heç problemlər yaşadınızmı?
- Heç vaxt aramızda qısqanclıq olmayıb. Həmişə mehriban olmuşuq. Bu gün də ayda bir dəfə köhnə diktorlar yığışıb oturururq.
 
- Bəs diktorluq fəaliyyətindən qazancınız  nə oldu?
- Hörmət. O gün həkimə getmişəm, hamı yığışıb mənə xoş sözlər deyir. Biz maşın, villa, bağ qazanmasaq da, hörmət qazanmışıq.

Milli.Az















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

9 aylıq hamilə olmasına heç kim inanmır - FOTOLAR

20 Sentyabr 2017 22:28

Yaponiyanın Honsü adasında 6,1 bal gücündə zəlzələ olub

20 Sentyabr 2017 22:27

Makron -

20 Sentyabr 2017 22:25

Daşkəsən sakini arvadı və qayınanasını bıçaqladı

20 Sentyabr 2017 22:19

FED uçot dərəcəsini dəyişmədi

20 Sentyabr 2017 22:13

Bu türk Meksikada zəlzələ baş verəcəyini əvvəlcədən demişdi -

20 Sentyabr 2017 22:10

Prezident İlham Əliyev Trampla görüşdü

20 Sentyabr 2017 22:09

105 yaşlı gəminin qalıqları yoxa çıxır

20 Sentyabr 2017 21:58

Mətanət İsgəndərlinin qızının toyundan - GÖRÜNTÜLƏR

20 Sentyabr 2017 21:49

Elektrik enerjisinə görə ödənişlərlə bağlı -

20 Sentyabr 2017 21:49

Gəncədə avtomobil piyadanı vurub

20 Sentyabr 2017 21:47

Həkimlər pişiklərdən uzaq durmağı tövsiyyə edir - Cinsi xəstəliyə yol açır

20 Sentyabr 2017 21:43

Tibb kollecini bitirən oğlan tələbəyə "tibb bacısı" diplomu verilib - VİDEO

20 Sentyabr 2017 21:33

Zidan "Real"la yeni müqavilə imzaladığını açıqladı

20 Sentyabr 2017 21:28

Elmar Məmmədyarov: "Azərbaycan beynəlxalq norma və prinsiplərin qorunması istiqamətində davamlı səylər göstərir"

20 Sentyabr 2017 21:27

Ruhani: “ABŞ razılaşmaları pozur, özünə qarşı etimadı sarsıdır”

20 Sentyabr 2017 21:18

Rövnəq Abdullayev: "UEFA Avropa Liqasının Bakıda keçirilməsi ilə bağlı qərar hər birimiz üçün çox sevindiricidir"

20 Sentyabr 2017 21:17

Azərbaycan Prezidenti: "Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, təcavüzkarı yenidən cəzalandıracaq"

20 Sentyabr 2017 21:17

Azərbaycan Prezidenti:

20 Sentyabr 2017 21:15

30 yaşlı qadın özünü asdı - Daşkəsəndə

20 Sentyabr 2017 21:14

İlham Əliyev -

20 Sentyabr 2017 21:04

2034-cü ildən sonra qaz dünyada əsas enerji mənbəyi olacaq

20 Sentyabr 2017 21:02

Yasamal rayonunda mənzil qarət olunub - VİDEO

20 Sentyabr 2017 20:58

İlham Əliyev -

20 Sentyabr 2017 20:58

Prezident: "Bu gün Azərbaycan nəinki sənaye və kənd təsərrüfatı, o cümlədən əqli məhsullarını ixrac edir"

20 Sentyabr 2017 20:57

Bakıda "Caspian Energy Transport Forum" keçirilib

20 Sentyabr 2017 20:52

Prezident İlham Əliyev: "Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırki prezidentidir"

20 Sentyabr 2017 20:52

"Qarabağ"ın oyununa yalnız 2 manatlıq biletlər qaldı

20 Sentyabr 2017 20:49

İsrail Azərbaycanla əməkdaşlığı genişləndirib -

20 Sentyabr 2017 20:46

Yeni "Lada Vesta"nın qiyməti MƏLUM OLDU: 11-13 min dollar

20 Sentyabr 2017 20:43

Türkmənistan prezidenti bəstələdiyi mahnını V Asiya Oyunlarının bağlanış mərasimində oxuya bilər

20 Sentyabr 2017 20:42

Daşkəsəndə bir ilin gəlini intihar edib

20 Sentyabr 2017 20:32

İranın tanınmış dirijoru Musiqili Teatrda tamaşa idarə edəcək

20 Sentyabr 2017 20:32

Xaçmazdakı meşə yanğını söndürülüb

20 Sentyabr 2017 20:30

Zəlzələdən əvvəl səmadakı paranormal parıltılar İNSANLARI QORXUTDU - VİDEO

20 Sentyabr 2017 20:28

Köhnə model maşını 172 minə satır - nömrəsinə görə - VİDEO

20 Sentyabr 2017 20:18

Avroliqanın Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşünün tarixi açıqlanıb

20 Sentyabr 2017 20:17

Bitkoin noyabrda yenidən bölünə bilər

20 Sentyabr 2017 20:07

İrəvana “dördgünlük müharibə” XƏBƏRDARLIĞI, daha ağır CAVAB… - GÜNÜN SİYASİ XÜLASƏSİ

20 Sentyabr 2017 20:03

Ərdoğan-

20 Sentyabr 2017 20:02

Silahlı Qüvvələrin Hərbi Akademiyasında elmi-praktik konfrans keçirilib

20 Sentyabr 2017 19:57

"Medi Sina” klinikasının sahibinin cinayət işi barədə YENİ XƏBƏR

20 Sentyabr 2017 19:54

Masallıda yol kənarında kişi meyiti tapılıb

20 Sentyabr 2017 19:52

Astrofiziklər dünyanın axırının YENİ TARİXİNİ AÇIQLADILAR – 23 sentyabr?

20 Sentyabr 2017 19:48

Azərbaycan və Macarıstan hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək

20 Sentyabr 2017 19:44

Həkimlər pişiklərdən uzaq durmağı tövsiyyə edir -

20 Sentyabr 2017 19:38

SÖZDƏN ƏMƏLƏ KEÇƏNLƏR: artıq kilolardan azad olmanın 20 İNANILMAZ NÜMUNƏSİ

20 Sentyabr 2017 19:33

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” açıq müsabiqə elan edib

20 Sentyabr 2017 19:32

“Məhəmməd” adı Britaniyada 10 ən məşhur ad SİYAHISINDA

20 Sentyabr 2017 19:23

Bermud üçbucağında yeni ada peyda oldu -

20 Sentyabr 2017 19:16