Müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün Cinayət Məcəlləsinin 150-ci maddəsinə dair hissəsi ləğv edilərək həmin hissədə təqsirləndirilən şəxslərə bəraət verilib, Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə bir məhkumun üzərində 5 il 6 ay, digərlərinin üzərlərində isə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Baş Prokurorluq hökmdən Ali Məhkəməyə kassasiya protesti verib.