​KİV: Rusiya Türkiyəyə ixrac etdiyi taxılın qiymətində endirim edib

​KİV: Rusiya Türkiyəyə ixrac etdiyi taxılın qiymətində endirim edib
18:47 25 Dekabr 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiya Türkiyəyə ixrac etdiyi buğdanın qiymətində endirim edib.
"Report" xəbər verir ki, bu haqda "Yerusalem Post" məlumat yayıb.
Məlumata görə, dünyanın ən böyük taxıl ixracatçılarından biri olan Rusiya üçün ən böyük bazar Türkiyə sayılır.
Xəbərdə bildirilib ki, dekabrda iki ölkə arasında taxıl ticarəti əvvəlki qaydasına düşüb.
Məlumata görə, Qara dənizlə tədarük edilən buğdanın tonu 215 dollardan 200 dollara düşüb. Türkiyə Rusiyadan ildə 4,7 milyon ton taxıl idxal edir, başqa sözlə, tələbatının təxminən 80 faizi bu ölkənin payına düşür.

Xəbərin orijinal ünvanı: http://report.az/region/ki-v-rusiya-turkiyeye-ixrac-etdiyi-taxilin-qiymetinde-endirim-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR