NBA: "Çikaqo" "Oklahoma"nı, "Qolden Steyt" isə "Klivlend"i məğlub etdi (Nəticələr)

Milli Basketbol Assosasiyasının müntəzəm çempionatında mübarizə davam edir.


Metbuat.az-ın məlumatına görə, NBA-da ənənəvi Milad gecəsi geridə qalıb. Belə ki, bayrama özəl olaraq bir-birindən maraqlı 5 matç keçirilib.

Günün ilk oyununda "Mayami Hit" çətinliklə olsa da, "Nyu-Orlean Pelikans"ı məğlub edə bilib. Daha sonra "Oklahoma Siti Tander" "Çikaqo Bulls"u qəbul edib. Qonaqlar görüşdən qalib ayrılıblar.

Gecənin mərkəzi görüşü son finalçılar arasında oynanılıb. "Qolden Steyt Uorriors" "Klivlend Kavalyers"dən güclü olub. Digər oyunlarda isə "Hyuston Rokets" "San Antonio Spörs"ü, "Los Anceles Klippers" isə "Los Anceles Leykers"i məğlub edib.

NBA-da gecənin nəticələrinə nəzər salaq:

"Mayami Hit" - "Nyu-Orlean Pelikans" - 94:88 (overtaym)

"Oklahoma Siti Tander" - "Çikaqo Bulls" - 96:105

"Qolden Steyt Uorriors" - "Klivlend Kavalyers" - 89:83

"Hyuston Rokets" - "San Antonio Spörs" - 88:84

"Los Anceles Leykers" - "Los Anceles Klippers" - 84:94


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR