NATO Türkiyədə radiolokasiya aşkarlama təyyarəsi yerləşdirəcək

NATO Türkiyədə radiolokasiya aşkarlama təyyarəsi yerləşdirəcək
05:54 27 Dekabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

NATO Suriyadakı vəziyyət fonunda Türkiyənin havadan müdafiə sisteminin möhkəmləndirilməsi çərçivəsində Türkiyədə “Boeing E-3 Sentry” tipli  uzaqmənzilli radiolokasiya aşkarlama təyyarəsi yerləşdirəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  “Bild am Sonntag” nəşri məlumat yayıb.

 

Təyyarələrin yerləşdirilməsini Almaniya Silahlı Qüvvələri (Bundesfer) həyata keçirəcək. Məlumata görə, Almaniyanın XİN-i və Müdafiə Nazirliyi artıq gələcək əməliyyat barədə Bundestaqı yazılı şəkildə  məlumatlandırıb.   

 

“Qaylenkirhen bazasındakı “Boeing E-3 Sentry” tipli təyyarələrin Türkiyənin Konya aerodromuna göndərilməsi planlaşdırılıb”, deyə məktubda bildirilir.  

 

Almaniya hökumətindən bildirilib ki, qeyd olunan əməliyyatın keçirilməsi üçün Bundestaqın mandatı tələb olunmur. Məktubda həmçinin hazırkı mərhələdə silahdan istifadə edilməyəcəyi qeyd olunub. Almaniya Müdafiə Nazirliyindən məlumatı təsdiqləyərək əməliyyatlara Bundesfer hərbçilərinin də cəlb ediləcəyini bildirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226738

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR