“Boko Haram" artıq heç bir əraziyə nəzarət etmir

“Boko Haram" artıq heç bir əraziyə nəzarət etmir
07:14 27 Dekabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Nigeriya ordusu “Boko Haram” terror qruplaşmasının ələ keçirdiyi bütün yaşayış məntəqələrini azad edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Nigeriyanın Fövqəladə Hallar Agentliyinin rəhbəri Sani Sidi bildirib.  Onun sözlərinə görə, milli ordunun uğurlu əməliyyatları nəticəsində hazırda qruplaşmanın nəzarəti altında bir dənə olsun yaşayış məntəqəsi yoxdur.     

 

Sani Sidi ölkəsinin fövqəladə halların qarşısının alınması və məcburi köçkün düşərgələrində  zərər çəkmiş şəxslərin  reabilitasiyası sahələrində böyük nailiyyətlərə nail olduğunu bildirib.   

 

Nigeriyanın Fövqəladə Hallar Agentliyinin rəhbəri ölkəsinin uzun müddət əziyyət çəkdiyi böhran vəziyyətindən yaxın zamanda çıxacağına əmin olduğunu bildirib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226743

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR