Jose Kallejon: “Napoli” futbol klubu A seriyasının turnir cədvəlində birinci ola bilər

Jose Kallejon: “Napoli” futbol klubu A seriyasının turnir cədvəlində birinci ola bilər
23:23 27 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 27 dekabr, AZƏRTAC
“Napoli” futbol klubu A seriyasının turnir cədvəlində birinci ola bilər.
Bu sözləri İtaliyanın “Napoli” futbol klubunun hücumçusu Jose Kallejon deyib. Onun sözlərinə görə, hazırda A seriyasının turnir cədvəlində üçüncü yerdə qərarlaşan “Napoli” cədvəlin lideri olan “İnter”dən cəmi bir xal geridədir.
Jose Kallejon deyib: “Əsas odur ki, komandamızın azarkeşləri bizim oyun tərzimizdən həzz alırlar. “Napoli”nin oyunçuları güclü olduqlarına əmindirlər və A seriyasının turnir cədvəlində tarix yazmaq niyyətindədirlər. Rəqiblərimizə hörmətlə yanaşırıq, lakin onlardan qorxmuruq. Neapolda özümü yaxşı hiss edirəm. Çünki məni burada sevirlər.

Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Jose_Kallejon_Napoli_futbol_klubu_A_seriyasinin_turnir_cedvelinde_birinci_ola_biler-914811

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR