Təhsil Nazirliyi: Azərbaycanın 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətləndirmə uğurla başa çatıb

Təhsil Nazirliyi: Azərbaycanın 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətləndirmə uğurla başa çatıb
10:08 28 Dekabr 2015
144 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanın 9 rayon və 3 şəhərinin müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın sonundan başlayan imtahanlarda Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin və Xaçmaz, Masallı, Cəlilabad, Hacıqabul, Sabirabad, İmişli, Saatlı, Abşeron, Qubadlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 26 000-ə qədər müəllim iştirak edib. İmtahanlar proqram təminatı əsasında kompüterlər vasitəsilə keçirilib.

Xaçmaz rayonunda keçirilən imtahanlarda dəvət olunmuş müəllimlərin 98,5 faizi, Masallı rayonunda keçirilən imtahanlarda 99,17 faizi, Şirvan şəhərində keçirilən imtahanlarda 98,4 faizi, Sumqayıt şəhərində keçirilən imtahanlarda 99,04 faizi, Gəncə şəhərində keçirilən imtahanlarda isə 99,14 faizi iştirak edib.

Diaqnostik qiymətləndirmə Azərbaycan Respublikası Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamına və təhsil nazirinin müvafiq əmrinə əsasən həyata keçirilib.

Diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əmək haqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında müvafiq olaraq inkişaf yönümlü təlimlərə cəlb edilməsidir.

Qeyd edək ki, 2016-cı il 1 yanvar tarixindən bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş müəllimlərin əmək haqqı artırılacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2474776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR