2015-ci ilin yekunu: 90 qızıl, 89 gümüş, 149 bürünc medal

Yola salmağa hazırlaşdığımız 2015-ci il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub. Yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər.


İl ərzində pəhləvanlarımız bir sıra yerli və beynəlxalq səviyyəli turnirlərdə qüvvələrini sınayıblar. Bunların arasında 3 mötəbər yarış – Dünya kuboku, Bakı-2015 Avropa Oyunları, eləcə də ABŞ-ın Las-Veqas şəhərində keçirilən və Rio-2016 Olimpiadasında lisenziya verən dünya çempionatı yarışlarında güləşçilərimiz ölkəmizin idman şərəfini ləyaqətlə qoruyublar və yığmanın aktivində olan medalların sayını daha da artırıblar.

Ölkəmizin böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandası bu ilin fevralında İranın paytaxtı Tehran şəhərində keçirilən Dünya kuboku yarışlarının qalibi olub və Azərbaycanın idman tarixində yeni səhifə yazıb. Sərbəst güləş yığmamız isə analoji yarışı üçüncü sırada tamamlayıb.

Yığma komandalarımızın üzvləri 2015-ci ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda - Avropa və Dünya çempionatlarında 25 qızıl, 17 gümüş, 40 bürünc olmaqla toplam 82 medal qazanıb.

Tarixdə ilk dəfə keçirilən Bakı-2015 Avropa Oyunlarında 24 idmançı ilə təmsil olunan Azərbaycan güləş yığması 15 (6 qızıl, 2 gümüş və 7 bürünc) medal qazandı. Azərbaycan idmançılarının I Avropa Oyunlarının proqramına daxil edilən 20 idman növündən 12-də qazandığı 56 medaldan ən çoxu (15 medal) da məhz güləş yığmamızın payına düşdü.

ABŞ-ın Las-Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziya verən Dünya çempionatında güləş yığmamız ümumilikdə 2 qızıl, 3 gümüş və 3 bürünc olmaqla 8 medal və olimpiadaya 11 lisenziya qazandı. Dünya çempionatında yaddaqalan məqamlardan biri də Hacı Əliyevin ölkənin sərbəst güləş tarixində ilk dəfə olaraq ikiqat dünya çempionu adına layiq görülməsi idi.

2015-ci ildə həm də ilk dəfə olaraq 23 yaşa qədər güləşçilərin (U-23) Avropa çempionatı keçirilib. Azərbaycan yığması çempionatı 1 qızıl, 2 gümüş və 6 bürünc medalla tamamlayıb.

Bu il Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatı ölkəmiz üçün uğurlu olub. Azərbaycan pəhləvanları çempionatda ümumilikdə 15 medala (5 qızıl, 4 gümüş, 6 bürünc) sahib olublar. Gənc qızlardan ibarət yığmamız komandalar arasında ən çox sayda (6 medal) qazanmaqla həm yeni tarix yazıb, həm də komanda hesabında Avropa çempionu tituluna layiq görülüb.

Braziliyanın Salvador da Bahiya şəhərində keçirilən gənclər arasında Dünya çempionatında Azərbaycan yığması 12 (7 qızıl, 2 gümüş və 3 bürünc) medal qazanıb. Sərbəst güləşçilərimiz qızıl medalların sayına görə bütün komandaları qabaqlayaraq dünya birincisi olub və güləş tariximizdə yeni bir səhifə yazıb.

2015-ci il yeniyetmə güləşçilərimiz üçün də uğurlu olub. Belə ki, pəhləvanlarımız Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində təşkil edilən Dünya çempionatında 11 (1 qızıl, 1 gümüş və 9 bürünc), Serbiyanın Subotiça şəhərində keçirilən Avropa çempionatında isə 9 (3 qızıl, 1 gümüş və 5 bürünc) medal qazanıblar.

Bundan başqa, yığma komandalarımız bu il səkkizincisi keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsi (5 qızıl, 8 gümüş və 8 bürünc medal) də daxil olmaqla iştirak etdikləri digər beynəlxalq turnirlərdə 246 medal qazanıb. Bu medalların 65-nin əyarı qızıl, 72-si gümüş və 109-nun əyarı isə bürünc olub.

Bütövlükdə, 2015-ci il ərzində 328 (90 qızıl, 89 gümüş, 149 bürünc) medal qazanan güləşçilərimiz ötən ilki nəticəni (294 medal) yeniləyib. Bu medallardan 155-i yeniyetmə, 69-u gənc güləşçilərin payına düşür. U-23 Avropa çempionatında 9 medal qazanan güləşçilərimiz böyüklərin yarışında isə il ərzində 95 medala sahib olub. Onlardan 139-nu sərbəst, 131-ni yunan-Roma güləşçiləri qazanıb, 58 medal isə qadın güləşçilərin payına düşüb.

Qarşıdan gələn 2016-cı il idmançılarımız üçün böyük əhəmiyyət kəsb edən çox məsuliyyətli bir təqvim ilidir. Çünki növbəti ildə güləşçilərimizin qarşısında Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına tam heyətlə getmək, Oyunlarda uğurlu çıxış etmək və London Yay Olimpiya Oyunlarındakı nailiyyəti artırmaq məqsədi durur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İran Qərbi Azərbaycan əyalətində irimiqyaslı hərbi təlimlərə başlayıb

25 Sentyabr 2017 05:02

Tramp miqrasiya ilə bağlı yeni fərman imzaladı

25 Sentyabr 2017 04:39

Sərnişin avtobusu aşdı: 2 ölü, 42 yaralı

25 Sentyabr 2017 04:33

Merkel: "Yeni hökumət Milada qədər formalaşdırılacaq"

25 Sentyabr 2017 04:02

ABŞ-da həbsxanada qiyam baş verib - 1 ölü, 9 yaralı

25 Sentyabr 2017 03:54

Avtobusda 42 yaşlı kişi 15 yaşlı qıza təcavüz etdi - FOTO

25 Sentyabr 2017 03:43

Görün bədəndəki ağrılar əslində nədən xəbər verirmiş - İNANILMAZ NƏZƏRİYYƏ - FOTOLAR

25 Sentyabr 2017 02:33

Azərbaycan sənədli filmi Böyük Britaniyanın film festivalında nümayiş olunacaq

25 Sentyabr 2017 02:27

Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlanıb

25 Sentyabr 2017 02:17

Şəmkirdə 22 yaşlı gənc bıçaqlandı

25 Sentyabr 2017 02:14

İtkin düşən 13 yaşlı məktəbli tapıldı

25 Sentyabr 2017 02:08

Şəmkirdə 22 yaşlı kişi bıçaqlanıb

25 Sentyabr 2017 01:57

İran İŞİD-in mövqelərini bombaladı

25 Sentyabr 2017 01:34

Dominikada qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb

25 Sentyabr 2017 01:32

Merkelin seçkilərdən sonra ilk açıqlaması

25 Sentyabr 2017 01:26

20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlanıb

25 Sentyabr 2017 01:22

Moskvada 8 oteldə BOMBA HƏYƏCANI

25 Sentyabr 2017 01:13

Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb

25 Sentyabr 2017 01:12

Xırdalanda itkin düşən 13 yaşlı Ülvi tapıldı

25 Sentyabr 2017 01:10

Zeytunun inanilmaz faydaları

25 Sentyabr 2017 01:03

Gecələr smartfonlardan istifadənin bədənə və beyinə QORXUNC FƏSADLARI

25 Sentyabr 2017 00:58

"Qəbələ"nin futbolçuları arasında yumruq davası

25 Sentyabr 2017 00:50

Rusiyalı general Suriyada öldü

25 Sentyabr 2017 00:36

Prezidentin qızı məhkəməyə verildi - FOTO

25 Sentyabr 2017 00:28

Sentyabrın 25-nə olan

25 Sentyabr 2017 00:25

Elza tənqid olunduğu müsabiqədən getdi

25 Sentyabr 2017 00:09

Astroloji proqnoz - 25 sentyabr

25 Sentyabr 2017 00:08

Qan artıran qidalar

25 Sentyabr 2017 00:05

Tanzaniyada avtobus aşdı

24 Sentyabr 2017 23:56

Avro-2017-də ilk ¼ finalçılar bəlli oldu

24 Sentyabr 2017 23:54

Rusiyalı general Suriyada öldürüldü

24 Sentyabr 2017 23:48

Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb

24 Sentyabr 2017 23:42

ABŞ ordusu Liviyada İŞİD-in düşərgəsini bombaladı

24 Sentyabr 2017 23:38

Myanmada hindu döyüşçülərin kütləvi məzarlığı aşkar olunub

24 Sentyabr 2017 23:32

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

24 Sentyabr 2017 23:28

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58

Zəlzələ nəticəsində ölənlərin sayı 318-ə-ə yüksəlib

24 Sentyabr 2017 22:52

Zaqatalada meşədə baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 22:39

Ruslan Qurbanov: "Dedi "ağzını bağla" və mənə yumruq vurdu"

24 Sentyabr 2017 22:37

Ayaq qoxusunu aradan qaldırmağın ən yaxşı üsulu

24 Sentyabr 2017 22:24

ABŞ-da kilsədə atışma

24 Sentyabr 2017 22:13

Hacıqabulda qəza - yaralılar var

24 Sentyabr 2017 22:09

İtaliyada döyüş təyyarəsi dənizə düşdü

24 Sentyabr 2017 22:04

Tərlan Əhmədov: "Fiziki, taktiki cəhətdən irəliləsək də, psixoloji cəhətdən çox iş görməliyik"

24 Sentyabr 2017 21:57