“Porto” klubu Portuqaliya idmanı tarixində rekord məbləğdə qazanc əldə edəcək

“Porto” klubu Portuqaliya idmanı tarixində rekord məbləğdə qazanc əldə edəcək
13:18 28 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
“Porto” futbol klubu ev oyunlarının televiziya yayım hüququnu “Portugal Telecom” şirkətinə satmaqla yeniliyə imza atıb.
AZƏRTAC xəbər verir ki, tərəflər 10 illik müqavilə imzalayıblar. Saziş 2018-ci il iyunun 1-də qüvvəyə minəcək. On illik razılaşmaya əsasən, Portuqaliya təmsilçisi 457,5 milyon avro qazanacaq.
Müqavilədə həmçinin qeyd olunub ki, “Draqao” stadionu da reklam kimi istifadə olunacaq. “Portugal Telecom” şirkəti yeddi il ərzində komandanın baş sponsoru olacaq.
Bir müddət əvvəl “Benfika” klubu da 10 illik yayım hüququnu “NOS” şirkətinə 400 milyon avroya satmışdı. “Porto”nun bu anlaşması Portuqaliya idmanı tarixində ən bahalı müqavilə kimi dəyərləndirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR