​Nazirlik: Ətin qiymətində artım yoxdur

​Nazirlik: Ətin qiymətində artım yoxdur
14:07 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ Son günlər yerli KİV-də Azərbaycanda ətin satış qiymətinin artması barədə yayılan məlumatlar əsasızdır. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına mütəmadi olaraq nəzarət olunur və ətin qiymətində hər hansı dəyişiklik qeydə alınmayıb.
“Report” İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər veri ki, hazırda Bakıdakı satış məntəqələrində 1 kq mal əti istehlakçılara 6,50-8,00 manata təklif edilir. Qoyun ətinin 1 kq-ı isə əvvəlki aylarda olduğu kimi 8-10 manata satılır.
Bununla yanaşı, artıq Bakı və Sumqayıt şəhərlərində Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə satış yarmarkaları fəaliyyət göstərir. Həmin yarmarkalarda mal ətinin 1 kq-nın qiyməti 5,50-6,00 manatdır. Ölkə regionlarında isə ət istehlakçılara daha ucuz qiymətə təklif edilir. 
"Bir daha KİV-ə qiymətlərlə bağlı məsələlərə diqqətlə yanaşmaları tövsiyə olunur", - deyə Nazirlikdən bildirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/nazirlik-etin-qiymetinde-artim-yoxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR