“Azərbaycan“ İntellektual oyunlar klubu ilə yekun vurdu (FOTO)

“Azərbaycan“ İntellektual oyunlar klubu ilə yekun vurdu (FOTO)
16:18 28 Dekabr 2015
22 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2015-ci il "Azərbaycan" İntellektual oyunlar klubu üçün olduqca məhsuldar bir il olmuşdur. Belə ki, müxtəlif mövzulu intellektual turnirlər, həm azərbaycan, həm rus dilllərində keçirilən premyldar er liqa və sinxron çempionatlar, regionlarda keçirilən turnirlər, Klubun tərəfdaşı olduğu layihələr eyni zamandayeni əməkdaşlıq və ən əsası klubda yeni bir istiqamətin- məktəbli çempionatın açılması ilə yaddaşlarda qaldı.

Gəlin məhsuldar ilə daha yaxəndan nəzər salaq:

İl ilk öncə regional tədbirlə start götürdü. "Zəka" İntellektual Oyunlar Klubu təşkilatçılığı ilə Nə? Harada? Nə zaman? formatında Şəmkir şəhər birinciliyi baş tutdu. May ayında yenidən Şəmkir şəhərində qərb bölgəsini əhatə edən 8 rayonun iştirakı ilə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “ Ekoloji İntellektual Qərb Birinciliyi “ Layihəsi keçirildi. Yay aylarında Gəncə şəhərində “Odlar Yurdu” Gənclər ictimai Birliyi ilə 28 May Respublika Günü ərəfəsində 30 komandanın iştirakı ilə bilik yarışı təşkil olundu. Bu yarışdan sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalandı. Sentyabr ayında isə “Bilik günü” münasibətilə Gəncə Dövlət Universitetinin tələbələri arasında növbəti yarış keçirildi.
2015-ci ilin oktyabr ayından etibarən isə Bakı şəhərində yerləşən məktəblər arasında intellekt yarışı start götürdü. İlk mərhələ olaraq 5 rayonu əhatə edən məktəblər qatılsa da yarışın növbəti ildən genişlənməsi nəzərdə tutulur.

Bu ilin aprel-iyun ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun tərəfdaşlığı ilə “Parlaq Zəka” oyunu üzrə 1-ci məktəbli çempionatı keçirildi. “Parlaq Zəka” intellekt şousunun idman versiyası üzrə məktəblər komanda şəklində yarışdılar. Çempionat Bakının Xətai ,Nəsimi, Yasamal, Binəqədi, Pirallahı rayonlarını əhatə edən məktəblərini əhatə etdi.

2014-2015-ci il oyun mövsümünə Klub hər iki dildə keçirilən sinxron və premyer liqa qaliblərinin mükafatlandırma mərasimləri və super final oyunu ilə yekun vurdu.
Nə? Harada? Nə Zaman? üzrə keçirilən İlk iki çempionatın qalibi “HİT” komandası olsa da mövsümdə liderliyi “Revolver” komandası əldə etdi. İkinci yerə “Hərum”, 3-cü yerə isə “HİT” komandası sahibləndi.

Rus dilində keçirilən premyer liqanın qalibləri – 1-ci yer “Nevada”, 2-ci yer “Лига Справедливости”, 3-cü yer “Who run the world” komandaları oldu.
Klubun intellektuallarının təşəbbüsü ilə də bir neçə yaddaqalan turnir keçirildi. Belə ki,
İlin əvvəlində yəni 36 sualdan ibarət Nə? Harada? Nə zaman? formatında Gryfindor komandasının təşkilatçılığı ilə Dostluq kuboku keçirildi. Bu oyun zamanı klubun komandaları arasında bölgü adət etdikləri kimi yox,munsiflər və sual müəllifləri tərəfindən püşkatma yolu ilə müəyyən olundu. Daha sonra 2 kino mövzulu turnir, Neftçilər gününə həsr olunmuş turnir və daha bir neçə müxtəlif mövzulu turnirlərdə intellektuallar öz biliklərini sınadılar.

Aprel ayında Klubun təşkilati dəstəyilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı(ATGTİ) və Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçilən “Herodot kuboku” intellektual yarışının qalibləri mükafatlandırılıb.

Bu il “Azərbaycan” İntellektual Oyunlar Klubu ilə paralel olaraq “ Parlaq Zəka “ intellek şousu üçündə yaddaqalan olub. Belə ki, ikinci mövsümə yekun vuran veriliş yeni çəkiliş mövsümünə start verib. Bəxtiyar Vahabzadə, Şərq döyüş növləri, 19-cu əsr Azərbaycan ədəbiyyatı, Leonardo da Vinçi, İxtiraçılar, Azərbaycan etnosları, Azərbaycan bəstəkarları kimi mövzularla tamaşaçıların görüşünə gələn veriliş, hal-hazırda 3-cü mövsümün növbəti çəkilişlərinə hazırlaşır.

Bu ilin avqust ayında finalı baş tutan ikinci çəkiliş mövsümünün qalibləri bəlli oldu. Belə ki, Üçüncü yerin və 20 000 manat təhsil haqqının sahibi Bakı Dövlət Universitetinin tələbəsi Anar İsmayılov, İkinci yerin və 30 000 manat təhsil haqqının sahibi Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Fəridə İbrahimli, Birinci yerin və 40 000 manat təhsil haqqının sahibi Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Elgün Abdurrahmanov oldu.

Qeyd edəki ki, veriliş üçün bu il əlamətdar hadisə baş vermişdir. İlk qalib sentyabr ayında təhsil almaq üçün yola düşmüşdür. Belə ki, birinci mövsümün 2-ci yerin qalibi olaraq 30 000AZN təhsil haqqını qazanmış Mirəziz Əzizli artıq İngiltərədə təhsil alır.

İnformasiya dəstəyi - Trend, Day.az, Milli.az-dır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2475025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR