Hyuston, 10 fevral, AzərTAc
Hyustonda hər il olduğu kimi, bu il də Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyası tərəfindən təşkil edilən futbol turniri keçirilir.
Turnirdə “Birləşmiş Ərəb Əmirlikləri-Abu Dabi”, “Meksika-Tampiko", “Türkiyə-İstanbul”, “Yaponiya-Çiba”, “Misir-Qahirə”, “İspaniya-Uelva” və Texas ştatının “Metodist Hospital” komandaları iştirak edir. Azərbaycan icmasını turnirdə ARDNŞ tərəfindən maliyyələşən “Baku AZ” futbol komandası təmsil edir.
Dörd mərhələdən ibarət olan turnirin ilk mərhələsində komandalar öz aralarında ən güclü dörd komandanı müəyyən edəcəklər. Daha sonra yarımfinal və final oyunu keçirilərək.
Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Hyuston
Azərbaycan komandası Hyustonda keçirilən futbol turnirində iştirak edir
Azərbaycan komandası Hyustonda keçirilən futbol turnirində iştirak edir