İtkin düşən və həlak olan neftçilərin ailələrinə bir neçə qurum əlavə olaraq kompensasiya ayırıb

12:12 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov deyib.
X. Məmmədovun sözlərinə görə, bir neçə qurum da əlavə olaraq kompensasiya ayırıb: "1000 manat Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası ayırıb, 1000 manat Neft-qaz Sənaye İşçiləri Həmkarlar Komitəsi yardım edib. Dünən SOCAR rəhbərliyinin qərarı ilə 5 min manat ayrılıb və bu gün səhərdən onların da verilməsinə başlanıb".
SOCAR rəsmisi deyib ki, qəza olan platformada hazırlıq işləri gedir: "Hazırda quyulara yol açılması prosesi gedir və platformanın üzərində işlər bitəndən sonra quyunun söndürülməsi prosesinə başlanılacaq".

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/i-tkin-dusen-ve-helak-olan-neftcilerin-ailelerine-bir-nece-qurum-elave-olaraq-kompensasiya-ayirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR