"Parlaq Zəka"da musiqi alətlərinin tarixi (FOTO)

"Parlaq Zəka"da musiqi alətlərinin tarixi (FOTO)
14:48 29 Dekabr 2015
23 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə gedib. Trend-in məlumatına görə, tamaşaçılar zəkaların “Musiqi alətlərinin tarixi” mövzusunda olan mübarizələrini izləyiblər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Toğrul Əhmədov, sarı yolda Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Cəmil Heydərli, yaşıl yolda isə Azərbaycan Dillər Universitetinin tələbəsi Bəhram Nəcəfquluzadə mübarizə aparıb. Təəssüf ki, bu qarşılaşmanın qalibi müəyyən olunmayıb.

Tamaşaçılar münsif bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcovun mövzu barədə ətraflı məlumatları ilə tanış olub.

Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün “Parlaq Zəka” intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.

İnformasiya dəstəyi - Trend, Day.az, Milli.az-dır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2475442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR