Türkiyəyə Rusiya və Aİ ölkələrindən gələn turistlərin sayı kəskin azalıb

Türkiyəyə Rusiya və Aİ ölkələrindən gələn turistlərin sayı kəskin azalıb
06:27 30 Dekabr 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 2015-ci ilin 11 ayı ərzində ölkəyə Rusiya və Avropa İttifaqı ölkələrindən gələn turistlərin sayında kəskin azalmanın müşahidə edildiyini bildirib.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Məlumatda Yaponiyadan olan turistlərin sayının 37%, İtaliyadan 26%, Rusiya və Fransadan (hər birindən) 18%, İspaniyadan 15% azaldığı bildirilir.
Lakin Türkiyəyə gələn Fars körfəzi ölkələri və İraqdan olan turistlərin sayında 30% artım səbəbindən kəskin fərq əmələ gəlməyib. Ümumilikdə, 2015-ci ilin 11 ayı ərzində Türkiyəyə 34,8 mln. turist gəlib.
Türkiyənin turizm sektoru rus və Aİ ölkərindən olan turistlərinin sayının azalmasının səbəbini təhlükəsizliyin təminatında yaranan müəyyən problemlər və Rusiyada yaşanan iqtisadi problemlərlə əlaqələndirirlər.
Türkiyə HHQ Rusiyaya məxsus "Su-24" təyyarəsini vurduqdan sonra Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlər görülür.
Qeyd edək ki, 2014-cü ildə Türkiyəni 4,38 milyondan artıq Rusiya vətəndaşı ziyarət edib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyeye-rusiya-ve-ai-olkelerinden-gelen-turistlerin-sayi-keskin-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR