"Bank of Baku" ölkənin bank sektorunda ilk dəfə elektron arayış xidməti tətbiq edib

"Bank of Baku" ölkənin bank sektorunda ilk dəfə elektron arayış xidməti tətbiq edib
07:58 30 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
"Bank of Baku" Azərbaycanın bank sektorunda ilk dəfə elektron arayış xidməti tətbiq edib. Bununla da müştərilərin daha rahat şəkildə bank xidmətlərindən faydalanmasına imkan yaranıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, eyni zamanda, müştərilər "Bank of Baku"nun onlayn xidmətlərindən “Elektron hökumət” portalında da istifadə etmək imkanı əldə edirlər. Portal istifadəçiləri və bankın müştəriləri “Elektron hökumət”in rəsmi internet ünvanında https://www.e-gov.az/ bank xidmətləri bölümünü seçməklə "Bank of Baku"nun təqdim etdiyi debet kartlar siyahısından istədikləri məhsulu sifariş edə bilərlər. Kartların sifarişini portaldan qeydiyyatdan keçməklə və ya birbaşa tələb olunan məlumatı müvafiq pəncərələrə daxil etməklə rəsmiləşdirmək mümkündür.
Müştərilərin bankın bütün onlayn xidmətlərindən istifadəsinin təmin edilməsi məqsədilə yaxın günlərdə bölmənin tamamilə yenilənərək bütün mümkün xidmətləri, həmçinin kredit və "Bolkart" kredit kart sifarişlərinin, müxtəlif növ ödəniş imkanlarının, internet bankçılıq və digər xidmətlərin əlavə olunması nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotBank_of_Baku_quot_olkenin_bank_sektorunda_ilk_defe_elektron_arayis_xidmeti_tetbiq_edib-915453

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR