Maqnus Karlsen "Qatar Masters Open 2015"in qalibi oldu

“Qatar Masters Open 2015” beynəlxalq şahmat turnirini başa çatıb.

Sonuncu turda rusiyalı Senan Syuqirova məğlub olan təmsilçimiz Şəhriyar Məmmədyarov turnir cədvəlini 5.5 xalla 20-ci pillədə başa vurub. Yarışın qalibi isə 9 oyunda aktivinə 7 xal yazan hazırkı dünya çempionu Maqnus Karlsen olub. Çin şahmatçısı Yu Yangyi 7 xal toplamasına baxmayaraq, əlavə göstəricilərə görə 2-ci yerin sahibi olub.

Qeyd edək ki, turnirdə Şəhriyar Məmmədyarovla yanaşı, hazırkı dünya çempionu Maqnus Karlsen, Vladimir Kramnik, Aniş Qiri, Vesli So, Sergey Karyakin, Yevgeni Tomaşevski və bir sıra digər tanınmış şahmatçılar iştirak edirdilər. Yarış isveçrə sistemi ilə 9 turdan ibarət keçirilirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR