"Onun həyat yoldaşımla yatmasına icazə verərəm" - 2015-in sözləri

"Onun həyat yoldaşımla yatmasına icazə verərəm" -   2015-in sözləri
10:17 31 Dekabr 2015
81 İdman
Ölkə mətbuatı
A- A+

Joze Mourinyo "Çelsi"də uğursuzluq zolağına düşməzdən əvvəl: "Hələ də Premyer Liqanın ən yaxşı baş məşqçisi olduğumu düşünürəm".

Kriştiano Ronaldo yaraşıqlı olmağın gətirdiyi çətinliklərdən danışır: "Qadınların 50 faizinin mənə sadəcə məşhurlara olan maraqlarından yaxınlaşdığını bilirəm. Bu normal bir şeydir və sadəcə mənim deyil, bütün məşhurların problemidi. Amma mən özümə güvənirəm. Boyum uzun, dişlərim gözəl, vücudum əladı".

Yurgen Klopp ötən mövsüm "Borrusiya"da (Dortmund) yaşadığı çətin günləri belə anladır: "Mövsümün ilk yarısını 17-ci pillədə tamamlamaq oddan köynək geyinib tətilə getmək kimi bir şeydi".

Pyer-Emerik Aubameyanq "Borussiya"nın (Dortmund) "Şalke"ni 3:0 hesabı ilə yendiyi matçdan sonra: "Bu derbini qazanmaq orqazm olmaq kimidi. Həm də ən atəşli orqazm kimi".

Məşhur musiqiçi Noel Qallager "Mançester Siti"nin ulduzuna olan sevgisini belə ifadə edir: "David Silvanın həyat yoldaşımla yatmasına belə icazə verərəm".

Çili millisinin baş məşqçisi Xorxe Sampaoli futbolla münasibətlərini belə anladır: "Bir gecə bara getdim. Bir qadınla birlikdə idim. Bütün gecəni əyləndik, güldük, ona içki aldım. Səhərə yaxın bir adam gəldi və qadını qolundan tutub tualetə apardı. Orda sevişdilər və qadın bardan onunla getdi. Amma mənim üçün problem deyil, çünki o gecə topa daha çox sahib olan tərəf mən idim".

"Real"ın əfsanəsi Raul Qonzalesin klassik Messi-Ronaldo müzakirələrinə münasibəti: "Messi və Ronaldodan hansını komandamda görmək istərdim? Çox sadə bir sualdı. İkisini də istərdim. Futbol tarixində Pele və Maradonadan üçtün olan ən yaxşı iki futbolçu".

"Atletiko"nun baş məşqçisi Dieqo Simeoneyə görə Ronaldo Messinin səviyyəsində deyil: "Hər "Real"a, həm də "Barselona"ya qarşı oynadım. Kriştianonu Messi ilə müqayisə edə bilməzsiniz. Messi təkbaşına Ronaldo, Beyl və Benzemadan daha təhlükəlidi".

Angel Di Maria üçün Messi və Ronaldonun çempionatı fərqlidi: "FIFA-nın yerinə olsaydım, iki "Ballon d`Or" mükafatı verərdim. Biri Messi-Ronaldo savaşı, digəri qalan bütün oyunçular üçün".

İtalyan əfsanə Alessandro Del Pyero Messi-Ronaldo rəqabəti haqda: "Messi yaxşıdı, yoxsa Ronaldo? Bu sualı vermək uşaqdan "atanı çox sevirsən, ya ananı" soruşmaq kimi bir şeydi".

Xristo Stoiçkov Luis van Qaala olan kinini belə ifadə edir: "Ona hörmət etmirəm. Alçağın biridi. Bir dəfə zədəli idim və "Nou Kamp"da həyat yoldaşımla oyun izləyirdim. Fasilədə van Qaal yanımıza gəldi və həyat yoldaşımdan mənim kimi biri ilə necə evləndiyini soruşdu. Həyat yoldaşım da ona mənim "Ballon d`Or"u qazandığımı deyərək cavab verdi".

Zlatan İbrahimoviçin bir oyundan sonra hakimə etirazı: "15 illik karyeram ərzində bu qədər bərbad hakimlik görmədim. Bu ölkə PSJ-ni haqq etmir".

"Yuventus"un keçmiş futbolçusu Adrian Mutunun Zlatan İbrahimoviçlə bağlı xatirəsi: "Oyunlardan əvvəl eyni otaqda qalırdıq. Bir gecə İbra məni yuxudan oyandırıb "Adi oyan. Yuxu gördüm. Yuxuda Ronaldo məndən daha yaxşı idi" dedi. Ona "Yox Zlatan, yox. Dünyanın ən yaxşısı sənsən. Skit ol" dedim və bundan sonra yuxuya getdi".

Zlatan İbrahimoviç komandasının Avropa çempionatına vəsiqə qazanmasından sonra: "Fransadakı Avropa çempionatı getməyi çox istəyirdim. İsveç və Fransa mənim sayəmdə tanınıb, dünya xəritəsində mənim sayəmdə özünə yer edib".

Zlatan İbrahimoviç "AVRO-2016"nın "pley-off" mərhələsində Danimarkanı məğlub etdikdən sonra: "Məni təqaüdə göndərəcəklərini deyirdilər. Mən bütün Danimarkanı təqaüdə göndərdim".

"Mançester Siti"nin ulduzu Samir Nəsrinin ilginc etirafı: "Zaman-zaman tam bir pislik oluram".

"Roma"nın futbolçusu Rudi Qarsiya ötən mövsüm Tanrının onlara qarşı olduğunu bildirir: "Çempion ola biləcəyimizi söylədiyim üçün Allah bəlamızı verdi".

ABŞ prezidenti Barak Obama homoseksual olduğunu etiraf edən "Los Anceles Qalaksi"nin futbolçusu Robbi Rocerslə bağlı çıxışından: "Robbi homoseksual olduğunu açıqlayan ilk peşəkar idmançı olaraq bu durumdakı bir çox insan üçün məşəli yandırdı. Robbi, həm Amerikada, həm də dünyanın dörd bir yanındakı insanlara İlham verdin. Səninlə fəxr edirik".

Erik Abidal komanda yoldaşı Dani Alveşin onun həyatını necə qurtarmaq istədiyini açıqlayır: "Dani mənə qaraciyərini təklif etdi. Çox ciddi idi. Amma bunu əsla qəbul etmədim. Nəticədə onun da bir ailəsi və karyerası var"

Brendan Rocers 18 illik "Liverpul" karyerasına son verən Stiven Cerrardın ayrılığı haqda: "Onu anlada biləcək tək kəlimə budu: "Liverpul". Bu şəhəri çox sevir. Dəfələrlə böyük klublara keçə biləcəyi halda burda qaldı. "Liverpul" onun evidi. Onun bu şəhərə verdiklərini nə siyasətçilər, nə xəstəxanalar, nə də xeyriyyə təşkilatları verib".

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotonun-hyat-yoldamla-yatmasna-icaz-verrmquot-t46527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR